Amerikanın daha bir cüt “B-1B Lancer” strateji bombardmançı təyyarəsi Yaponiyanın Honsyu adasının şimalındakı Misava aviabazasına gəlib, burada iki belə təyyarə bu həftənin əvvəlində artıq yerləşdirilmişdi.
“EDnews” xəbər verir ki , bu barədə “Newsweek” nəşrinin məlumatında deyilir.
Təyyarələr Texas ştatının Days Hərbi Hava Qüvvələrinin bazasından göndərilib.
Qeyd olunub ki, məqsəd ABŞ Hərbi Hava Qüvvələrinə müttəfiqlərlə birlikdə Hind-Sakit okean regionunda sabitliyi artırmaq üçün strateji çəkindirmə missiyaları yerinə yetirmək üçün təlim keçməkdir.
Fatimə Mərdanlı // EDnews