Müstəqillik Günündə Nyu -York şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı səkkizə çatıb.
Bu barədə yerli KİV yazıb.
Yaralananlar arasında dörd uşaq var. Yeddisinin vəziyyəti stabildir, 21 yaşlı bir qadının isə vəziyyəti ağırdır.
***
Nyu-York şəhərində Müstəqillik Günü şənlikləri zamanı baş verən atışma nəticəsində ikisi uşaq olmaqla beş nəfər yaralanıb.
EDnews xəbər verir ki, bu barədə "New York Post" qəzeti mənbələrə istinadən bildirib.
Nəşrin məlumatına görə, atışma yerli vaxtla saat 22:35 radələrində Bruklinin Koni Aylend məhəlləsində baş verib. Həmin vaxt insanlar atəşfəşanlığı izləyirlərmiş. Yaralananlar arasında beş və yeddi yaşlı uşaqlar da olub.
Qəzetin polisə istinadən verdiyi məlumata görə, yaralı beş nəfərin hamısı sağ qalıb. Onlar xəstəxanalara aparılıb və vəziyyətləri stabildir.
Hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Polis hələlik əlavə məlumat verməyib.







