Amerikalı aktyor, "Ölümcül silah" filminin ulduzu Denni Qlover bir neçə ildir ki, Alzheimer xəstəliyi ilə yaşadığını etiraf edib.
EDnews xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
79 yaşlı aktyor bildirib ki, 2022-ci ilin yanvarında ona proqressiv neyrodegenerativ xəstəlik olan Alzheimer diaqnozu qoyulub.
Aktyorun sözlərinə görə, xəstəlik artıq yaddaşına, hərəkətlərinə və nitqinə təsir göstərərək onları ləngidib. Buna baxmayaraq, o, gündəlik həyatda aktiv qalmağa çalışır.
Denni Qlover, həmçinin bildirib ki, " Alzheimer Assosiasiyası"nın mütəxəssisləri ona fiziki aktivliyi qorumağı, arterial təzyiq və şəkərli diabeti nəzarətdə saxlamağı, yuxu keyfiyyətinə diqqət yetirməyi və sosial əlaqələri itirməməyi tövsiyə ediblər.







