Rasim Ocaqovun vəfatından 20 il ötür

Rasim Ocaqovun <span class="text-danger">vəfatından 20 il ötür</span>

Bu gün görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun anım günüdür. Onun vəfatından 20 il ötür.

EDnews məlumat verir ki, Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb.

Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır.

Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb. Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirə layiqdir.

Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.

Əmək fəaliyyətinə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən "Onun böyük ürəyi" filmi R.Ocaqovun ilk sərbəst işi olub.

Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb. "Tütək səsi", "Ad günü", "Ölsəm bağışla", "İstintaq"və digər bənzərsiz filmlərin rejissoru Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb.

Rejissor kimi ilk işi yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi "Tütək səsi" filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.

Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib. Milli zəmində lentə alınmış sənət nümunələri Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi "Qətldən 7 gün sonra", "Təhminə", "Həm ziyarət, həm ticarət", "Otel otağı" və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.

Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.

Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib. Rasim Ocaqovun çox böyük yaradıcılıq irsi bu gün kinematoqrafiya sahəsində tədqiq edilməyə layiq bir nümunədir.

İllər ötəcək, yeni-yeni ekran əsərləri yaradılacaq, lakin onun çəkdiyi filmlər heç vaxt öz aktuallığını itirməyəcək.

R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Xəbər xətti

DÇ-2026-da Haland çılğınlığı: Peruda 500-dən çox körpəyə onun adı verildi
21:40
Tramp son tibbi müayinəsinin nəticəsini açıqladı
21:25
İsrail “Hizbullah” obyektlərinə zərbələr endirdi
21:23
“Şamaxı” yeni qapıçı transfer etdi
21:16
Pensiyalarla bağlı MÜHÜM XƏBƏR
21:08
Prezidentin sosial şəbəkə hesablarında Xocavənddə sakinlərlə görüşdən paylaşım olunub - VİDEO
20:52
Ucarda 16 yaşlı gəncin suda boğulmasının TƏFƏRRÜATLARI
20:40
Dünya çempionatında son iki yarımfinalçı müəyyənləşir
20:30
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:24
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
20:18
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:16
Prezident: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:13
Tayvanda 180 min ev işıqsız qalıb
20:09
İngiltərə–Norveç matçının biletləri rekord qiymətə satışa çıxarıldı
19:57
Prezident İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub - YENİLƏNDİ
19:55
Rusiyanın Sumıya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artdı - YENİLƏNDİ
19:38
Türk alimləri tərlə işləyən batareya yaratdılar
19:30
Leysan və qasırğa Moskvada fəsadlar törətdi - VİDEO
19:29
Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmağı nəzərdən keçirir
19:20
Fransada qırmızı xəbərdarlıq: Temperatur 41 dərəcəyə çatacaq
19:08
Azərbaycan Prezidenti: Artıq köçkün həyatı keçmişdə qaldı
19:07
Prezident Kiçik Qaladərəsində sakinlərlə görüşdü - FOTOLAR - YENİLƏNDİ
18:50
“Real” və Vinisius müqaviləni uzadır?
18:40
Bulvarda batan kişi belə xilas edildi - VİDEO
18:36
Elbrusda daha bir alpinist öldü
18:27
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
18:14
Rubio Venesuela üzərində təsir rıçaqlarını öz əlində cəmləşdirib - NYT
18:11
Prezident İlham Əliyev "Xankəndi" hotelinin açılışında iştirak edib - FOTOLAR
18:05
DÇ-2026 iştirakçısı 25 yaşında vəfat etdi
18:00
Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
17:45
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ VERİLDİ
17:29
Kürdəmirdəki neft irsi dövlət tərəfindən qoruna bilər
17:11
Dənizə getmək istəyənlərin DİQQƏTİNƏ
16:30
DÇ-2026-nın 1/4 final mərhələsinə bu oyunlarla YEKUN VURULACAQ
16:20
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
16:11
Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq - FOTOLAR
15:39
Müctəba Xameneidən müraciət: "HAMISININ QİSASINI ALACAĞAM!"
15:29
Rusiya Odessaya raket zərbəsi endirib - ÖLƏN VƏ YARALANANLAR VAR
15:19
Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub
15:11
Qarpızın şirin olduğunu göstərən 5 əsas əlamət
15:00
Kiçik Qaladərəsi və uşaqları... - Səmimi fotolar
14:43
Leyla Əliyeva yeni şeirini paylaşıb
14:31
Şimali Koreya nüvə qərarını açıqladı
14:15
Ermənistanda deputat istefa verdi
14:00
Sumqayıtda QƏZA: Avtomobil qadını və maşını vurdu
13:54
"SpaceX"dən Ermənistana yeni yardım
13:50
“WhatsApp” sizə doğum günlərini xatırladacaq
13:47
BTQ ilə bu Afrika ölkəsinin dövlət qurumu arasında - Memorandum
13:25
"Apple" "OpenAI"ni məhkəməyə verdi
13:25
Xırdalanda zəncirvari qəza: İki nəfər xəsarət aldı
13:20
Balakəndə ərazilər yağış sularından təmizlənir
13:17
"Şuşa Qlobal Media Forumu informasiya müharibəsində mövqeyimizi gücləndirir" - Millət vəkili
13:10
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ
12:45
Tibo Kurtua mundiallarda matç sayına görə qapıçılar arasında ikinci pilləyə yüksəlib
12:32
Avropanı anomal istilərin yeni dalğası bürüdü
12:26
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artdı
12:19
Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya tələb edir
12:17
Ucarda kanalda batan yeniyetmənin meyiti tapılıb - YENİLƏNİB
12:15
Fatimənin xalası oğlu BATUMİDƏ TUTULDU -FOTO
12:09
“BTQ dekolonizasiya məsələsini gündəmə çıxarmağa nail olub”: ABBAS ABBASOV
12:05
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR