Almaniyanın kansleri Olaf Şolz dünyada baş verən enerji mənbələri dəyişikliyindən danışıb.
Ednews xəbər verir ki, kansler ənənəvi enerji sahələrinin artıq fəaliyyət göstərməyəcəyini bildirib. Onun sözlərinə görə, dünya tamamilə Yaşıl Enerjiyə keçid etmək iqtidarındadır.
Qeyd edək ki, Şoltz həm də 2030-u ilə qədər Almaniyanın enerji təlabatının 80%-nin alternativ enerji tərəfindən ödənilməsinin də planlaşdırıldığını vurğulayıb.
Şoltz qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dünyanın iqtisadi kursu çox dəyişib və hələ dədəyişməkdədir. Rusiyanın Avropaya enerji ixracı dayandıqdan sonra Avropa dövlətləri Yaşıl Enerjiyə keçid etmək üçün əlindən gələni edib.
Fərid