İqtisadçı Tatul Manaseryan hesab edir ki, Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan, Gürcüstan və Azərbaycan arasında vahid ticarət bazarı yaratmaq lazımdır.
Ednews-un xəbərinə görə, o vurğulayıb ki, bu bazar ABŞ, Türkiyə və ya Rusiya ilə əlaqəli olmamalıdır ki, qarşıdurmalardan qaçmaq və bölgədə sabitliyi təmin etmək mümkün olsun. Manaseryan qeyd edib ki, bu ölkələrin kiçik bazarları iri beynəlxalq oyunçular üçün maraqlı deyil və davamlı münaqişələr onları yalnız uzaqlaşdırır.
Fərid