Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları və ya 0,36 % artaraq 86,83 ABŞ dolları təşkil edib.
EDnews xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,22 ABŞ dolları təşkil edib.







