Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir.
EDnews xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.
İmtahan mərhələsinin nəticələri və növbəti proseslərlə bağlı əlavə məlumatların aidiyyəti qurum tərəfindən açıqlanacağı gözlənilir.







