Etibarnamə ilə ev alanlar hansı təhlükələrlə üzləşə bilər?

Ekspert rəyi 19:12 25.02.2025

Azərbaycanda daşınmaz əmlak alqı-satqısı zamanı etibarnamədən geniş istifadə ciddi müzakirə mövzularından biridir. Bir çox halda vətəndaşlar daha rahat və sürətli olduğu üçün mənzil və ya torpaq sahəsini etibarnamə ilə almağa üstünlük verirlər. Lakin bu üsul riskli, hüquqi cəhətdən problemlidir.

Söhbət hansı risklərdən, problemlərdən gedir? Belə olan halda evi, torpaq sahəsini necə rəsmiləşdirmək lazımdır?

Mövzu ilə əlaqədar vəkil Mehman Muradlı “EDnews” -a açıqlama verib. O bildirib ki, etibarnamə ilə alınan evlərin, torpaq sahələrinin çoxunun dövlət reyestrindən çıxarışı (“kupça”) olmur. Ona görə də belə əmlakları satanda əsl alqı-satqı aparmırlar, sadəcə etibarnamə ilə verirlər. Etibarnamə əsasında aparılan alqı-satqı isə rəsmən alqı-satqı sayılmır, ona görə reallıqda əmlaka yiyələnmiş şəxs hüquqi cəhətdən hələ əmlakın sahibi, mülkiyyətçisi hesab edilmir. Etibarnamə ilə alınan mənzillərə, yaxud torpaq sahələrinə çıxarış almaq istəyəndə həmin çıxarış etibarnaməni vermiş şəxsin adına rəsmiləşdirilir, başqa cür mümkün deyil. Yəni bu zaman “kupça” artıq əmlakı almış adamın yox, vaxtilə onu satmış adamın adına veriləcək. Üstəlik, etibarnamə vermiş şəxs sabah vəfat etdisə, onun etibarnaməsi qüvvədən düşəcək. Çünki etibarnamə sağ adamın adından çıxış etmək üçündür”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da mövzu ilə bağlı  “EDnews”-a danışıb. O bildirib ki, adından da göründüyü kimi, etibarnamə sadəcə bir şəxsin, mülkiyyətçinin hər hansı bir əşya, əmlak və s. üzərində hüquqlarını və yaxud da hüquqlarının bir qismini başqa bir şəxsə müvəqqəti olaraq etibar etməsidir: “Etibarnamə müvəqqəti sənəddir. Bu sənədlə bir şəxs yalnız müəyyən çərçivədə hərəkət edə bilər. Bir əmlakın ki, mülkiyyət sənədi yoxdur, yəni çıxarışı mövcud deyil, deməli, həmin əmlakın əməliyyata cəlb olunması, alqı-satqı predmetinə çevrilməsi də mümkün deyil. Qanunvericiliyə görə, əmlak alqı-satqıya yalnız o zaman cəlb edilə bilər ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışı olsun. Belə olan təqdirdə vətəndaşlara tövsiyəmiz odur ki, etibarnamə ilə satıldığı iddia olunan əmlakı alanda əslində hüquqi cəhətdən onun mülkiyyətçisinə çevrilmədiklərini bilsinlər. Etibarnamə verən şəxs istədiyi vaxt onu ləğv edə də bilər. Elektron sistem üzərindən bunu elə etibarnaməni verəndən dərhal sonra, anındaca edə bilər. Hər kəs bilməlidir ki, Əmlakı – torpaq sahəsini, mənzili etibarnamə ilə almağa razılaşan hər kəs bilməlidir ki, pulunu verib gedəndən sonra qarşı tərəf bir anda həmin etibarnaməni ləğv edə bilər. Ona görə də etibarnamə adı altında mənzil, torpaq sahəsi, hər hansı daşınmaz əmlak almaq qəti məsləhət deyil”.

mehman.jpg

ramil.jpg

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Hamısı