Ağ Evdəki qalmaqal dünyanı ikiyə böldü Ərdoğan faktoru yenə önə çıxır

Ekspert rəyi 11:38 03.03.2025

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında fevralın 28-də gərgin atmosferdə keçən görüş dünya gündəmindədir. Bir çox məqamlarda etika qaydalarının, diplomatik prinsiplərin kobud şəkildə pozulduğu görüşə dair fərqli fikirlər səslənir. Ukrayna prezidentinin Oval saraya sanki dava-dalaş üçün çağırıldığı, bunun fonunda Zelenskinin ritorikası da diqqətdən yayınmayıb.

Trampın və vitse-prezidentin Zelenskiyə qarşı kəskin mövqe sərgiləməsinə səbəb nə idi? Yoxsa, bu sadəcə bir ssenari idi?

“EDnews” xəbər verir ki, Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev  açıqlamasında bildirib ki, baş verən qalmaqal müasir dünyamızda görünməmiş hadisədir.

“Bu, indiyə kimi presedenti olmayan və rəsmi protokol qaydalarına zidd bir hadisə idi. Bunun səhnələşdirilmiş olması haqqında deyilənləri o qədər əsaslı hesab etmirəm, çünki Trampla Zelenski arasındakı münasibətlər artıq görüşə qədər xeyli gərgin idi. Trampın Zelenskini diktator adlandırması və istefa verməyə çağırmasını xatırlatmaq kifayətdir.

Əslində görüş zamanı iki tərəfin mövqe savaşının şahidi olduq. Bir tərəfdə diktə edən, istəklərini və iqtisadi maraqlarını zorla qəbul etdirmək istəyən güclü Tramp, digər tərəfdə ölkəsini qorumağa çalışan və köməyə ehtiyacı olan zəif Zelenski var idi. Lakin ABŞ Adminstrasiyası, xüsusilə Tramp bir məsələni mütləq nəzərə almalı idi ki, görüşdüyü şəxs ərazisi Rusiya tərəfindən işğala məruz qalmış ölkənin prezidentidir. Zelenskinin məsələlərə həssas, emosional, bəlkə də qeyri-diplomatik yanaşması onun məruz qaldığı təcavüz faktı ilə bağlıdır. Çünki onun ölkəsinə hücum edilib, ərazisi işğal edilib, əhalisi qırılıb. Bu fakt ABŞ prezidenti tərəfindən, yəni beynəlxalq hüququn qayğısına qalmalı olan ölkə tərəfindən qətiyyən nəzərə alınmadı. O başqa məsələ ki Tramp hazırda artıq, defakto mövcud olmayan, işləkliyini itirmiş köhnə dünya düzənini, beynəlxaq hüququn norma və qaydalarını yıxmaqla, tamamilə sıradan çıxartmaqla məşğuldur. Yenisini isə ABŞ, Çin və Rusiya ilə birlikdə dünyanı yenidən bölüşdürməklə qurmaq istəyir. Lakin buna baxmayaraq, ev sahibi kimi Amerika prezidenti öz qonağını fərqli qaydada qarşılamalı, onun etinasızlığa və aşağılanmaya məruz qalmasına yol verməməli idi”, - o qeyd edib.

 Zelenskinin Ağ Evdən nə istədiyinə gəlincə, deputat burada iki məsələnin olduğunu vurğulayıb:

“Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunması zamanı Ukraynanın təhlükəsizliyinə zəmanət verilməli, atəşkəsin pozulmaması üçün konkret mexanizmlər işlənib hazırlanmalıdır. Bunun müqabilində “sənin ölkən bərbad vəziyyətdədir, şərt qoymağa haqqın, imkanın yoxdur, biz olmasaq Ukrayna məhv olub gedər” kimi fikirlər Amerika adına böyük nöqsan, biabırçılıq oldu. Dediyim kimi, ABŞ özünü beynəlxalq hüququn, dünya nizamının, təhlükəsizliyin əsas qarantoru hesab edir. Bu belədirsə, ən azından işğala məruz qalmış ölkənin hüquqlarının qorunması, müdafiəsi onun qlobal borcudur. Belə iddiada, gücdə olan ölkə başqa cür hərəkət etməli deyil. “Sənin minerallarını, təbii ehtiyatlarını alım, mənimsəyim, istismar edim, bunun qarşılığında dəstək verim” yanaşması beynəlxalq təcrübədə bu qədər açıq xarakter alan misli görünməmiş bazarlıq hadisəsidir. Ancaq fikrimcə, görüşdə söhbət maddi, iqtisadi maraqlardan yox, dəyərlərdən, prinsiplərdən, beynəlxalq hüquqdan getməli idi”.

Deputat vitse-prezident Vensin aşağılayıcı formada Zelenskinin sözünü kəsməsi, onu nankorluqda ittiham etməsi isə Ukraynaya edilən hörmətsizliyin pik həddi olduğunu söyləyib:

“Buna baxmayaraq Zelenski prinsipial mövqeyini, xalqının, dövlətinin maraqlarını qoruya bildi. Nəyin bahasına olur-olsun atəşkəsə razı olmadığını, Ukrayna xalqının maraqları, təhlükəsizliyi naminə konkret mövqe sərgilədi. Yenə deyirəm, ola bilsin diplomatik baxımdan Zelenski təmkinlə müəyyən gedişlərə, protokol qaydalarına daha yaxşı əməl edə bilərdi. Lakin ölkəsinin düşdüyü vəziyyət, basqılar nəticəsində daha az təmkinli olmasını anlayışla qarşılamaq olar”.

Azay Quliyevə görə, istənilən halda bu, yeni bir münasibət, şərait, situasiya yaratdı: “Avropa dövlətləri birmənalı olaraq Zelenskini müdafiə etdi. Bəyan etdilər ki, sən tək deyilsən və biz sənin yanındayıq. Vurğulandı ki, təhlükəsizlik məsələləri alver, ticarət predmeti ola bilməz. Əslində bu, Avropa üçün növbəti xəbərdarlıq oldu. Avropa başa düşdü ki, təhlükəsizliyinə özü cavabdeh olmalıdır. Bu baxımdan qardaş Türkiyənin prosesdə rolu və yeri daha açıq şəkildə görünməyə başladı. Avropa İttifaqının rəhbərləri artıq məsələlərə fərqli yanaşmalıdır. Təhlükəsizliyi təmin etmək üçün Türkiyənin real gücə və imkana sahib olduğunu anlamalıdırlar. Türkiyənin Avropa İttifaqına üzvlük yolunda yaratdıqları süni əngəllər aradan qaldırılmalıdır. Çünki proses belə davam edərsə, Avropa ilə ABŞ arasındakı fikir ayrılığı ciddi xarakter alacaq. Verilən bəyanatlar göstərir ki, Avropa öz başına çarə qılmaldır”.

 Onun fikrincə, Ağ Evdə olanlar həm də dünyanın yenidən bölüşdürülməsi prosesində Avropanın kənarda saxlanılmasının yan təsirlərindən biri kimi də qəbul edilməlidir:

“Bu, əslində böyük geosiyasi proseslərin, dünyanın yenidən bölüşdürülməsi və yeni qlobal düzənin yaradılması, bu prosesdə Avropanın aktivliyinin artırılması mərhələsini tətiklədi. Martın 2-də Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerin təşəbbüsü ilə Avropanın aparıcı dövlətlərinin sammittində təhlükəsizlik və Ukraynaya dəstək məsələləri müzakirə edildi. Martın 6-da Avropa İttifaqının fövqəladə sammittində də eyni məsələlər müzakirə olunacaq. Bu görüşlərdən çıxan nəticə önəmlidir. Əgər bu görüşlərdən sonra Avropa sözdə yox, real əməldə Ukraynaya dəstək və təhlükəsizlik mexanizmi təqdim edə bilsə, o zaman, vəziyyət dəyişə, Ukrayna həm ABŞ ilə danışıqlarda, həm də gələcəkdə gözlənilən Rusiya ilə danışıqlarda daha prinsipial mövqedən çıxış edə bilər. Avropadan çıxan qərar həm də ABŞ Adminstrasiyasının tonuna, xüsusilə Zelenskinin hörmətsizlik etdiyinə görə Amerika xalqından və prezidentindən üzr istəməlidir tələbinə də təsir edə bilər. İstənilən halda düşünürəm ki, Ukrayna prezidentinin açıq şəkildə üzr istəməsi inandırıcı deyil. Bu, həm də bir ölkənin, xalqın qürur məsələsidir. Bu mənada onun Trampdan üzr istəyib hansısa mənada səhv etdiyini etiraf etməsi gözlənilmir. Bu da Tramp üçün yeni çağırışlar deməkdir”.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Pozuntular barədə məlumat verənlər üçün təhlükəsiz mexanizmlər yaradılmalıdır"
11:32 24.05.2025
Ukrayna məhkəməsi Dağıstan rəhbəri haqqında həbs qərarı verdi
10:28 24.05.2025
Qızılın qiyməti 3400 dollara yaxınlaşıb
09:22 24.05.2025
Trampın Yaxın Şərq triumfu: İnqilablarla yox, bizneslə fəth
09:19 24.05.2025
ABŞ və Aİ-də islamofobiya güclənir"
06:37 24.05.2025
ABŞ Suriyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını dayandırdı
05:35 24.05.2025
Virtz "Liverpul"a keçmək istəyir
00:40 24.05.2025
"Napoli" dördüncü dəfə ölkə çempionu oldu
00:33 24.05.2025
İlon Maskla Ağ Ev arasındakı münasibətlər niyə soyuyub?
20:49 23.05.2025
Tramp ABŞ Universitetlərindən Nə İstəyir?
19:20 23.05.2025
Yunan Mifologiyası Dünya Elminə nə qatdı?
14:40 23.05.2025
Çin ABŞ-nin yerini niyə tuta bilməz?
13:29 23.05.2025
ABŞ Sudana qarşı sanksiyalar tətbiq edəcək
12:46 23.05.2025
Məleykə Abbasova buraxılış imtahanın nəticələrindən danışdı
11:31 23.05.2025
Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı açıqlandı
11:05 23.05.2025
Hojlund "Fənərbaxça"ya gəlir?
11:01 23.05.2025
Prezident İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib
11:01 23.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb
10:03 23.05.2025
Fransanın müstəmləkəçilik cinayətləri: Diri-diri yandırılan insanların qanı qumda batırılıb -FAKTLAR
10:00 23.05.2025
Muslera "Qalatasaray"-dan gedir
09:35 23.05.2025
Azərbaycan Mərkəzi Bankının mənfəəti 2 dəfədən çox artıb
09:16 23.05.2025
ABŞ Aİ-ni ölkə mallarına birtərəfli rüsumları azaltmağa məcbur edir
08:36 23.05.2025
Bakı Qlobal Şəhərlər indeksində 58 pillə irəlilədi
07:51 23.05.2025
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb
07:09 23.05.2025
“Forbes” Rusiyanın ən zəngin varislərinin adlarını açıqlayıb
05:43 23.05.2025
Avropa Liqasının "ən yaxşı"-sı müəyyənləşdi
01:54 23.05.2025
Böyrək xərçənginin yeni simptomları açıqlanıb
01:04 23.05.2025
ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
00:29 23.05.2025
Serbiya Vahid Avro Ödəniş Sahəsinə (SEPA) üzv olub
00:02 23.05.2025
Xoşbəxtlikdən Qorxmaq – İnsan Ruhunun Parodoksu
11:55 22.05.2025
QMİ Qurban bayramı ilə bağlı Fətva verdi
11:25 22.05.2025
Netanyahu: İsrail diplomatik missiyalarının təhlükəsizliyini gücləndirəcək
11:03 22.05.2025
Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb
10:21 22.05.2025
Yaponiya silah sərgisində müdafiə ambisiyalarını nümayiş etdirir
08:44 22.05.2025
Çində 650 illik qüllə uçub
08:19 22.05.2025
Çində torpaq sürüşmələri baş verib
07:32 22.05.2025
Britaniya Çaqos arxipelaqını Mavrikiyə təhvil verəcək
05:28 22.05.2025
Ramaposa Trampla görüşünün çox yaxşı keçdiyini bildirib
03:26 22.05.2025
Beynəlxalq Biomüxtəliflik Günü: “Təbiətlə harmoniya və davamlı inkişaf”
00:00 22.05.2025
Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur
12:52 21.05.2025
Hamısı