Xarici təhsil brendlərinin ölkəyə cəlb edilməsi mümkündürmü?

Ekspert rəyi 15:46 07.04.2025

Vergi güzəştlərinin bütün dünyada prioritet sahələrə maliyyə axınının təmin olunmasında çox güclü vasitələrdən biri olması artıq çoxdan sübuta yetirilib.

Azərbaycan da ölkənin təhsil sektoruna sərmayə qoyan şirkət və investorlar üçün vergi güzəştləri tətbiq etmək perspektivlərini araşdırmaqla oxşar yanaşmadan yararlanmaq imkanlarını nəzərdən keçirə bilərmi?

 Bu, özəl təhsil müəssisələrinin inkişafını stimullaşdıracaq

Avropa Azərbaycan Məktəbi, “TEAS PRESS” Nəşriyyat Evi və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov bir müddət əvvəl yazdığı məqaləsində qeyd etmişdi ki, təhsilə sərmayə qoyuluşunun artırılmasının səmərəli üsullarından biri də vergi güzəştləridir: “Bu, sərmayədarlara vergiyə cəlb edilən qazanclarını azaltmaq, təhsil layihələrinə qoyduqları sərmayəni qismən kompensasiya etmək imkanı verir”.

Təhsil eksperti Rizvan Fikrətoğlu  bildirib ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklər və son vergi islahatları, özəl təhsil sahəsinə investisiya qoyan şirkətlər üçün nəzərdə tutulan güzəştlər təhsil sahəsində müsbət təsir yarada bilər:

“Bu islahatlar təhsilə olan tələbatı qarşılayacaq müasir infrastrukturun qurulmasında və yeni innovativ yanaşmaların inkişafında mühüm rol oynaya bilər. Bu, həm də özəl təhsil müəssisələrinin inkişafını stimullaşdıracaq və təhsil sisteminə yenilikçi yanaşmaların gətirilməsinə şərait yaradacaq”.

Ekspertin sözlərinə görə, özəl sektor dövlətin təmin edə bilmədiyi bir sıra müasir təhsil metodlarını tətbiq edə bilər: “Bu məktəb və universitetlər daha çox beynəlxalq təcrübələri izləyərək, qlobal miqyasda tələb olunan bacarıqların əldə edilməsini təmin edə bilər. Özəl müəssisələr müxtəlif təhsil sahələrinə və yeni ixtisaslara investisiya qoyaraq daha geniş müstəvidə təhsil imkanları yarada bilər. Bu, həm tələbələrin, həm də işəgötürənlərin ehtiyaclarına uyğun ixtisasların artırılmasına kömək edər. Belə təhsil ocaqları daha çox texnologiyadan faydalana bilərlər. Rəqəmsal təhsil, onlayn kurslar, simulyasiyalar və s. kimi yeniliklər təhsil təcrübəsini zənginləşdirə bilər. Yeni tədqiqat institutlarının yaradılması elmi araşdırmaların inkişafını təşviq edəcək. Bu isə ölkənin bilik bazasının genişlənməsinə və yeni elmi sahələrin yaradılmasına səbəb ola bilər”.

İqtisadçı Eldəniz Əmirov isə deyir ki, özəl təhsil təhsilin keyfiyyətinin artırılmasına, eyni zamanda, iqtisadi sahələrdə təhsilin rolunun güclənməsinə, əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsinə, ölkənin makro sahədə hərtərəfli dəstəklənməsinə xidmət edən bir sektordur. Özəl sektorun dəstəklənməsi birbaşa bu qeyd edilən sahələrin dəstəklənməsi deməkdir”.

Xarici təcrübə nə deyir?

Avropa Azərbaycan Məktəbinin təsisçisi Tale Heydərov məqaləsində vurğulayıb ki, vergi güzəştlərinin bütün dünyada prioritet sahələrə maliyyə axınının təmin olunmasında çox güclü vasitələrdən biri olması artıq çoxdan sübuta yetirilib: “Məsələn, Səudiyyə Ərəbistanı təhsil sahəsinə cəlb edilmiş əcnəbi investorlar üçün daha az vergi norması təyin etmək və böyük vergi güzəştləri tətbiq etməklə Vision 2030 proqramında qarşıya qoyduğu hədəflərə daha da yaxınlaşıb. Bu siyasətin nəticəsidir ki, 2024-cü ilin ikinci rübündə ölkənin təhsil sektorunda investisiyaların həcmində 86 faizlik artım müşahidə olunub. Bu da həmin sahənin biznes cazibəsinin artmasından xəbər verir.

Azərbaycan da ölkənin təhsil sektoruna sərmayə qoyan şirkət və investrorlar üçün vergi güzəştləri tətbiq etmək perspektivlərini araşdırmaqla oxşar yanaşmadan yararlanmaq imkanlarını nəzərdən keçirə bilər. Bura yeni məktəblərin, universitetlərin, tədqiqat institutlarının maliyyələşdirilməsinin stimullaşdırılmasını da daxil etmək olar. Oxşar addımlar təhsilin keyfiyyətini yaxşılaşdırmaqla bərabər, həm də özəl sektorda uzunmüddətli layihələrə təkan verərdi.

Təhsil sahəsinin maliyyələşdirilməsinə vergi güzəştlərindən başqa ianələrin cəlb olunmasını da stimullaşdırmaq lazımdır. Birləşmiş Ştatlarda universitet və orta məktəblərə yardım edən, ianə verən qurumlar üçün böyük vergi güzəştləri nəzərdə tutulub, bunun nəticəsində hər il özəl sahələrdən təhsil sektoruna milyardlarla dollar vəsait yönəldilir. Heç təsadüfi deyil ki, 2023-cü ildə ABŞ-də təhsil ocaqlarına 88 milyard dollara yaxın vəsait ianə edilib, bu da 2022-ci illə müqayisədə 11,1 faiz çoxdur. Çin də oxşar siyasi xətt yürüdərək təhsil müəssisələrinə ianələr verən ayrı-ayrı şəxslərə, korporasiyalara gəlirlərinin vergiyə cəlb edilən hissəsini azaltmaq imkanı yaradıb”.

Vergi Xidməti nə deyir?

Dövlət Vergi Xidmətindən  bildirilib ki, vergi güzəştləri elm, təhsil, səhiyyə, idman və mədəniyyət kimi sahələrin inkişafını dəstəkləyir:

“Vergi qanunvericiliyinə dəyişiklik edilərkən elm, təhsil, səhiyyə, idman və mədəniyyət kimi sahələrin inkişafının stimullaşdırılması daim diqqətdə saxlanılır. 2024-cü ilin yanvarından Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də məhz vergi ödəyicisinin illik mənfəətinin adıçəkilən sahələrdə fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, həmçinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin bu ildən 10 faizdən 15 faizə qaldırılmasından ibarətdir.

Dəyişiklik müəssisələrin korporativ sosial məsuliyyət proqramlarının daha effektiv həyata keçirilməsinə xidmət edir. Beləliklə, müəssisələr mənfəətlərinin daha çox hissəsini vergi ödəmədən sosial istiqamətlərə maliyyə dəstəyi kimi yönəldə bilirlər. Məsələn, vergi ödəyicisinin illik mənfəəti 100 min manatdırsa, dəyişikliyə qədər onun 10 min manatı vergidən azad olmaqla ianə edilə bilərdisə, hazırda limit 15 min manata qaldırılıb”.

Dövlət Vergi Xidmətindən o da diqqətə çatdırılıb ki, güzəşt dövlətin adından yaradılan publik hüquqi şəxslərə şamil olunmur, eyni zamanda, yalnız nağdsız qaydada ödənilən ianələrə aiddir: “2019-cu ilin yanvar ayından tətbiq edilsə də, ilkin mərhələdə elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlara köçürülən vəsaitlərə şamil edilib. 2021-ci ildən bu güzəşt ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara – Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fonduna ianələrə də aid edilib”.

Beynəlxalq təhsil brendlərinin Azərbaycana cəlb edilməsi

Vergi güzəştləri nə qədər həlledici rol oynasa da, davamlı, etibarlı təhsil sistemi heç də təkcə maliyyə, sərmayə qoyuluşları tələb etmir.Dünya şöhrətli təhsil brendlərinin Azərbaycana cəlb edilməsi bu sahədə hansı müsbət dəyişikliklərə yola aça bilər?

Avropa Azərbaycan Məktəbinin təsisçisi Tale Heydərov qeyd edib ki, ən etibarlı, ağlabatan yollardan biri dünya şöhrətli təhsil brendlərinin Azərbaycana cəlb edilməsidir: “Bunu Bakıdakı ADA Universitetinin təcrübəsində müşahidə etmək olar. Universitet bu cür innovasiyalarının, xüsusilə də İtaliya – Azərbaycan Universiteti layihəsi sayəsində həm yerli, həm də əcnəbi tələbələr arasında populyarlığını getdikcə artırır.

Nümunəvi modellər: Sinqapur və Qətər təcrübəsi

Yerli kampusların təşkilində, birgə layihələrin gerçəkləşdirilməsində, bilik mübadiləsinin genişləndirilıməsində, təhsil sahəsinin inkişaf etdirilməsində hökumətin dünya səviyyəli universitetlərlə, təhsil texnologiyaları üzrə ixtisaslaşmış şirkətlərlə, peşə hazırlığı müəssisələri ilə fəal əməkdaşlığı, güman edirəm, çox faydalı ola bilər. Sinqapur, Qətər kimi ölkələr Massaçusets Texnologiya İnstitutu, Corctaun Universiteti, Texas Kənd Təsərrüfatı və Mexanika Universiteti, Karnegi Mellon Universiteti kimi nüfuzlu, dünya şöhrətli ali təhsil müəssisələrini öz ölkələrinin təhsil sisteminə cəlb etməklə güclü bilik ocaqları yaradıblar”.

Tale Heydərov hesab edib ki, Azərbaycan da öz təhsil sistemində dünyanın aparıcı təhsil ocaqlarından, onların təcrübəsindən faydalanmaqla bu cür yanaşma tərzini əxz edə bilər, xüsusən də təcrübə kasadlığı hiss edilən sahələrdə, yaxud da ölkənin uzunmüddətli iqtisadi hədəflərinə uyğun olan sahələrdə. Bu, ölkədə təhsilin keyfiyyətini artırmaqla yanaşı, həm də regionda bir təhsil ölkəsi kimi Azərbaycanın nüfuzunu gücləndirər.

Təhsil eksperti Rizvan Fikrətoğlu isə hesab edir ki, ölkəyə nüfuzlu beynəlxalq təhsil brendlərinin cəlb edilməsi Azərbaycanın təhsil sektorunun dünya miqyasında tanınmasına və ölkənin təhsil sahəsindəki mövqeyinin güclənməsinə gətirib çıxara bilər:

“Beynəlxalq universitetlərin, tədqiqat mərkəzlərinin burada fəaliyyət göstərməsi həm də yerli tələbələrə daha geniş qlobal imkanlar və əlaqələr yaratmağa imkan verə bilər”.

Azad təhsil zonaları: Yeni yanaşma, yeni imkanlar

Tale Heydərov həm də “azad təhsil zonası” modelinin əhəmiyyətini vurğulayır: “Birləşmiş Ərəb Əmirlikləri müasir, çevik nizamlama sisteminə malik azad iqtisadi təhsil zonaları yaratmaqla, investoryönlü siyasətlə dünya səviyyəli ali təhsil ocaqlarını böyük uğurla əmirliklərə cəlb edib, həmin institutlar artıq o ölkənin təhsil sisteminə inteqrasiya olunublar, orada özlərinə yer ediblər. Bu siyasət nəticəsində Şarcə Amerika Universiteti, Kembric Beynəlxalq Məktəbi, Avstraliya Beynəlxalq Məktəbi kimi təhsil ocaqları yaradılıb”.

İşğaldan azad edilmiş ərazilər: Yeni təhsil mərkəzlərinə doğru

Ekspert Rizvan Fikrətoğlunun fikrincə, işğaldan azad edilmiş ərazilərdə iqtisadi zonaların yaradılması təhsil sektorunun inkişafına ciddi təsir göstərə bilər:

“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi zonalar qurulması, bura dünya universitetlərinin və tədqiqat mərkəzlərinin gətirilməsi təhsil sahəsinə yeni imkanlar yaradacaq. Bu zonalar beynəlxalq təhsil müəssisələri üçün cazibədar mərkəzlərə çevrilə bilər. Həmçinin, yerli və xarici tədqiqatçılar arasında əməkdaşlıq daha da artar”.

Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Elnarə Akimova isə vurğulayıb ki, xarici təhsil brendlərinin ölkəyə cəlb edilməsi ilk növbədə, dünya məktəbləri ilə əlaqələrin güclənməsi, başqa ölkələrin təhsil sistemi ilə tanışlıq yaranması, bu sahənin qabaqcıl mütəxəssisləri təcrübələrini bölüşməsi baxımından olduqca müsbət addım ola bilər:

“Yad düşüncə mexanizmləri həmişə maraqlıdır. Vahid informasiya məkanında yaşayırıqsa, qapalı dövriyyə ilə kifayətlənə bilmərik. Amma düşünürəm, mübadilə qarşılıqlı olmalıdır. Bizim də bölüşəcəyimiz elmi pedaqoji nailiyyətlərimiz olmalıdır.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi zonalar yaradıb, dünya universitetlərini, tədqiqat mərkəzlərini ölkəyə cəlb etməyə daha çox ehtiyac var. Bunu həm də ideoloji işin bir hissəsi olaraq düşünmək lazımdır. Məfkurəvi yöndə, daha strateji yanaşaraq. Biz Çində iqtisadi zonalarda yaradılmış belə tədqiqat mərkəzləri ilə tanış olarkən bu barədə düşünmüşdüm. O məktəblərlə, tədqiqat mərkəzləri ilə əlaqə qurub qarşılıqlı faydalanmaq uğurlu olardı. Eləcə də digər ölkələrin bu sahədəki innovativ yanaşmalarını araşdırma predmetinə çevirmək lazımlıdır”.

Xarici brendlərin cəlbində qarşıda duran çətinliklər

İqtisadçı Eldəniz Əmirov bildirir ki, xarici təhsil brendlərinin ölkəyə cəlbi baha başa gələn prosesdir, lakin mümkünsüz deyil.

“Vergi güzəştləri isə bu sahəyə daha çox yatırımlar edilməsinə, bu sektorda innovativ yanaşmaların tətbiqinə, təhsil keyfiyyətinin artırılmasına, eyni zamanda, digər istiqamətlərdə daha peşəkar təhsilverənlərin bu sahəyə cəlb olunmasına, təhsil infrastruktunun inkişaf etdirilməsinə gətirib çıxarır. Bu, hətta məşğulluğa dəstək olmağa qədər gedib çıxa bilir”.

Biz paytaxtda, iri şəhərlərimizdə təhsil brendləri yarada bilsək, xarici təhsil brendlərini işğaldan azad edilmiş ərazilərdə iqtisadi zonalar yaradıb bura cəlb etmək olar.

Bu gün işğaldan azad edilmiş ərazilərdə dövlət böyük işlər görür. Amma xarici təhsil brendinin ora gətirilməsi, orada inkişaf etdirilməsi, hesab edirəm ki, vergi güzəştləri ilə həll ediləcək məsələ deyil.

Çünki bu proses kifayət qədər maliyyə tələb edir. Bu da, tələbələrin təhsil haqlarının həddən artıq baha olmasına gətirib çıxarır. Bu gün Londona, Barselonaya və s. şəhərlərə brend təhsil müəssisələrinə gedən tələbələr təkcə təhsil dalınca getmirlər, oranın London, Britaniya, Nyu York olduğu üçün gedirlər. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı, sülh müqaviləsi bağlanmayana qədər orada xarici təhsil brendinin yaradılması çox çətin məsələ kimi görünür. Amma bu qeyri-mümkün deyil”.

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib
16:52 28.04.2025
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub
12:46 28.04.2025
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib
12:19 28.04.2025
Türkiyə Pakistana 6 təyyarə silah göndərdi
11:58 28.04.2025
"Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır"
11:47 28.04.2025
"Azərbaycandakı forum vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə kömək edəcək"
11:43 28.04.2025
Daşkənd Dövlət Aqrar Universitetinin nümayəndə heyəti ADAU-da səfərdə olub
11:40 28.04.2025
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib
11:33 28.04.2025
Azərbaycanda “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək
11:28 28.04.2025
Ötən həftə 1925,4 hektar ərazi minalardan təmizlənib
11:25 28.04.2025
"Azərbaycan ilə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur"
11:21 28.04.2025
"Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir"
11:13 28.04.2025
Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub
11:10 28.04.2025
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq
11:07 28.04.2025
Azərbaycan incəsənət ustaları III Fuceyra Beynəlxalq Ud Forumunda iştirak edəcəklər
11:00 28.04.2025
FIDE prezidenti Bakıya gəlib
10:56 28.04.2025
Keniya liderinin qızı Qlobal Cənubu dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib
10:43 28.04.2025
ABŞ-də qeyri-adi "Ford Mustang 2016" hərracda satılıb
10:35 28.04.2025
Makronun mühafizə rəisi “qırmızı bülleten”lə axtarışa verildi
10:29 28.04.2025
" Azərbaycan müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir"
10:19 28.04.2025
Gündə 50 dəqiqə yeriyin
10:14 28.04.2025
Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
10:10 28.04.2025
Qəzzada ölən jurnalistlərin sayı artdı
10:08 28.04.2025
İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
10:05 28.04.2025
Çin 2035-ci ilədək avtomobil satışlarında elektromobillərin üstünlük təşkil etməsini hədəfləyir
10:02 28.04.2025
Türk Dünyası Bələdiyyələr Birliyinin yeddinci qurultayı keçirilib
09:59 28.04.2025
Xocalı şəhərinə daha 33 ailə köçürülüb
06:44 28.04.2025
Bu gün Zərifə Əliyevanın doğum günüdür
00:00 28.04.2025
100 gün : Amerikalıların əksəriyyəti Trampı dəstəkləyir
08:47 27.04.2025
Rabat Amerikan Məktəbində Mədəniyyət Günü: Azərbaycan zəngin irsi ilə fərqlənib
08:44 27.04.2025
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib
08:39 27.04.2025
ABŞ-də tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
08:36 27.04.2025
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
08:32 27.04.2025
Çexiyada qızıl xəzinəsi tapılıb
21:25 26.04.2025
Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib
21:15 26.04.2025
İran XİN rəhbəri ABŞ ilə nüvə sazişi üzrə danışıqlardan məmnun olduğunu bildirib
21:07 26.04.2025
Zaqataladan axan çaylarda sululuq artıb, selə qarşı tədbirlərə başlanılıb
20:02 26.04.2025
"İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətləri gücləndirəcək"
17:37 26.04.2025
"Azərbaycan Ukraynaya enerji böhranı zamanı çox dəstək göstərdi"
17:33 26.04.2025
Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf etdi
17:29 26.04.2025
Hamısı