Pekində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çinin Milli Kosmik İdarəsi (CNSA) arasında "Kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu” imzalanıb.
“EDnews” xəbər verir ki , bu, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bu ölkənin sədri Si Cinpinin iştirakı ilə baş tutub.
Sənədi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və CNSA-nın rəhbəri Şan Conde imzalayıblar.
Fatimə Mərdanlı //EDnews