Ölkəmizdə "Rolton" adı ilə tanıdığımız "Ramen" əriştəsi tez hazır olan, ucuz və doyduran yemək hesab olunur, lakin insan sağlamlığına az faydalı və əsasən zərərli qidalardandır.
"1 million health tips" saytı xəbər verir ki, Massaçusets xəstəxanasının tibb eksperti Breydn Kuo "Ramen" əriştəsinin sağlamlıq üçün kifayət qədər zərərli olduğunu sübut edib:
1. "Ramen" əriştəsi uzun müddət həzm edilmir
Bildirilir ki, bu qidanın qəbulundan 2 saat sonra belə mədədə heç bir proses baş vermir. Həzminə saatlar lazım olan əriştədə həzm sistemi üçün vacib olan liflər demək olar ki, yoxdur. Nəticə olaraq qida mədədə xarab ola bilər ki, bu da insulin istehsalına və qanda şəkərin miqdarına ciddi təsir göstərir.
2. TBHQ antioksidantı insanı öldürə bilər
TBHQ adlı antioksidant yağ və piyin oksidləşməsinin qarşısını almaq üçün istifadə olunur. "Ramen"in və bir çox emal olunmuş qidaların tərkibinə əlavə edilən bu antioksidant mədədə uzun müddət qalsa, mənfi nəticələri ola bilər.
Qeyd edək ki, bir çox qeyri-qida məhsullarının (lak, həşərat zəhəri, yuyucu maddələr) istehsalında da istifadə olunan TBHQ sintetik maddədir, sağlamlığa zərər verə, hətta ölümə belə səbəb ola bilər. Bu maddədən həddindən artıq istehlak etsək, boğulma, qarabasma, qusma, qulağın cingildəməsi, huşunu itirmək kimi proseslər baş verəcək.
3. Vitamin və mineral çatışmazlığı
"Ramen" əriştəsinin tərkibində bizə lazım olan vitamin və minerallar yoxdur. Bu qidadan mütəmadi istifadə edən insanlarda kalsium, zülal, dəmir, fosfor, potassium, niakin və Vitamin A, C çatışmazlığı olur.
4. Monosodium qlutamatın təsirləri
"Ramen"in tərkibində MSG, yəni monosodium qlutamat var ki, bu sinir sisteminin yüklənməsinə gətirib çıxara bilər. MSG-nin 78% tərkibi qlutamik turşusundan ibarətdir və bu maddə bədəndəki bir çox proseslərin başlaması üçün lazım olan nevrotransmitter maddəsi ilə eynidir.
Qeyd edək ki, MSG siçanların çəkisini artımaq üçün istifadə olunur və insanlar tərəfindən həddindən artıq istehlakı piylənməyə gətirib çıxara bilər.
5. Qadın sağlamlığı üçün çox zərərlidir
Xüsusilə qadınlarda maddələr mübadiləsinə ciddi təsir göstərən "Ramen" əriştəsi piylənməyə, şəkər xəstəliyinə, yüksək qan təzyiqinə və kardioloji problemlərə səbəb ola bilər. (qaynarinfo)






.jpg)

