Ednews xəbər verir ki, vaş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
1 nəfər hadisə yerində dünyasını dəyişib.
* * *
13:29
Bakının Xətai rayonunda silahlı insidentin baş verdiyi əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.
Ednews xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo" hipermarketində silahlı atışma baş verib.