İranda barələrində edam hökmü çıxarılmış 139 məhkum əfv olunub.
EDnews APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Əli-Əsgər Cahangir məlumat verib.
Onun sözlərinə görə, əfv qərarı Ali Rəhbərin razılığı ilə həyata keçirilib.
Əli-Əsgər Cahangir bildirib ki, əfv edilən şəxslərlə bağlı şikayət yoxdur. Həmçinin onların təhlükəsizlik xarakterli cinayət keçmişinin olmadığı qeyd edilib.
Məhkəmə sisteminin sözçüsü vurğulayıb ki, həmin məhkumlar törətdikləri əməllərdən peşmanlıq ifadə ediblər.
Qərarın icrası nəticəsində barələrində edam hökmü çıxarılmış 139 nəfər əfv olunub.




.jpg)


