Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
EDnews xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 18-22, gündüz 29-34 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 18-23, bəzi yerlərdə 25-30 dərəcə isti proqnozlaşdırılır.







.jpg)
