Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 13-də Şimali Kiprin Baş naziri Ünal Üstel ilə görüşüb.
EDnews xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Şimali Kipr arasında yüksək səviyyəli təmasların dinamikası məmnunluqla qeyd olunub.
Tərəflər parlamentlərarası əlaqələrin, eləcə də siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafını yüksək qiymətləndiriblər.
Görüş zamanı Bakıda Şimali Kipr Mədəniyyət Gününün keçirilməsinin əhəmiyyəti də vurğulanıb. Bu təşəbbüsün reallaşdırılması son illərdə mədəni-humanitar sahədə artan qarşılıqlı əlaqələrin məntiqi davamı kimi dəyərləndirilib.
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Şimali Kiprin müşahidəçi statusunda təşkilatın fəaliyyətində fəal iştirakı xüsusi qeyd olunub.







