Çabaharda partlayışlar barədə xəbərlərdən sonra elektrik kəsintiləri baş verib.
İranın İRNA agentliyi Çabaharda partlayışlar barədə məlumatlardan sonra elektrik kəsintiləri barədə məlumat verir.
00:40
ABŞ hərbçiləri yenidən İrana zərbələr endirməyə başlayıb.
EDnews xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında xəbər verib.
"Ali Baş Komandanın göstərişi ilə CENTCOM qüvvələri Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıblar", - paylaşımda bildirilir.
Komandanlıq qeyd edib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında gəmiçiliyi idarə etmək və təhdid etmək imkanlarını azaltmaqdır.
At the direction of the Commander in Chief, U.S. Central Command forces have started conducting additional strikes against Iran to further degrade their ability to threaten freedom of navigation in the Strait of Hormuz. The United States is holding Iran accountable for recent…
— U.S. Central Command (@CENTCOM) July 8, 2026







