NATO-nun baş katibi Mark Rutte alyansın İranla mümkün münaqişədə iştirakını tam istisna etmədiyini bildirib.
EDnews xəbər verir ki, Rutte bunu Ankarada çıxışı zamanı qeyd edib. O bildirib ki, İranın NATO ərazisindən kənarda yerləşməsi alyansın belə bir münaqişəyə heç bir formada cəlb oluna bilməyəcəyi anlamına gəlmir.
Baş katib vurğulayıb ki, İranla yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə, ABŞ-nin Ukraynaya silah tədarükü bundan təsirlənməyəcək. Onun sözlərinə görə, Vaşinqton hər iki istiqamətdə öhdəliklərini eyni vaxtda yerinə yetirmək imkanına malikdir.
Rutte həmçinin bildirib ki, NATO-ya üzv bütün dövlətlər İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğu mövqeyini bölüşür.
O əlavə edib ki, NATO sammitində alyans ölkələrinin yanacaq təminatının gücləndirilməsi ilə bağlı qərar qəbul olunub.







