İranın Buşehr əyalətində endirilən zərbələrdən sonra yanğın baş verib.
EDnews xəbər verir ki, İran mediasında yayılan məlumatlara görə, zərbələrin ardınca ərazidə güclü yanğın müşahidə edilib. Hadisənin dəqiq başvermə səbəbi və zərərin miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
İran rəsmiləri məlumatı hələ təsdiqləməyib. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.






