BMT-nin baş katibi Antoniu Quterreş Fars körfəzində hərbi qarşıdurmanın yenidən başlamasından narahatlığını bildirərək, sonrakı eskalasiyanın İranla ABŞ arasında diplomatik irəliləyişi poza biləcəyi barədə xəbərdarlıq edib.
EDnews BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin açıqlamasına istinadən xəbər verir ki, Quterreş tammiqyaslı hərbi əməliyyatlara qayıtmağın region xalqları, beynəlxalq sülh və təhlükəsizlik, eləcə də dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Baş katib bütün tərəfləri maksimum təmkinlilik göstərməyə, gələcək eskalasiyadan çəkinməyə, danışıqları mümkün qədər tez bərpa etməyə və mövcud fikir ayrılıqlarının diplomatik yolla həllinə çağırıb.






