İran ABŞ ilə əməkdaşlıq edən və onun hərbi qüvvələrinə dəstək göstərən Körfəz ölkələrinin addımlarını milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcəyini açıqlayıb.
EDnews xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfaqari bildirib.
Onun sözlərinə görə, münaqişənin daha da genişlənməsi halında müharibənin bütün regiona yayıla biləcəyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında qarşılıqlı hücumlar davam edir. ABŞ İran ərazisinə zərbələr endirdiyini açıqlayıb, Tehran isə Yaxın Şərqdəki ABŞ obyektlərinə cavab hücumları həyata keçirib.








