Bakının Bilgəh qəsəbəsində iki nəfər dənizdə batıb.
EDnews xəbər verir ki, əraziyə çimməyə gələn dörd dostdan ikisi dənizdə boğulub.
FHN əməkdaşı Fərid İlhamoğlu bildirib ki, batan gənclərdən birinin meyiti digər iki dostu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib:
“Mövcud ərazidə iki nəfər batıb, bir nəfərin cansız bədəni dostları tərəfindən çıxarılaraq təhvil verilib. Batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Rəhman Əmirovun axtarışları isə davam edir”.






