Kəlbəcər yenidən dirçəlir

İnfrastruktur 09:11 03.04.2025

1993-cü il aprel ayının əvvəlində ölkəmizdə gedən siyasi hərc-mərcliklər və AXC-Müsavat hakimiyyətinin xalqımızın və ərazilərimizin təhlükəsizliyini təmin edə bilməməsi nəticəsində Qarabağın dilbər guşələrindən biri olan Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunur. İşğal nəticəsində onlarla tarixi abidə, 150-yə yaxın kənd, İstisu sanatoriyası və Kəlbəcər şəhəri dağıdılaraq xarabazara çevrilib.

İyirmi səkkiz ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində Kəlbəcər 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, bu gün Kəlbəcərdə də misli görünməmiş tikinti-quruculuq və təmir-bərpa işləri sürətlə davam edir.

“EDnews” xəbər verir ki ,  Kəlbəcər rayonunda ilk məhəllələrin salınması prosesinin sürətlə davam etdiyini deyib: “Kəlbəcər rayonu ərazisində yaşayış binaları üçün ayrılmış yer 19.5 hektar ərazidir. Burada salınacaq ilk məhəllə 3.26 ha ərazini əhatə edir. Yaşayış məntəqəsində altı ədəd dördmərtəbəli iki blokdan ibarət binalar və qarşılarında isə ikimərtəbəli iki ədəd “townhouse” tikintisinin başa çatdırılması nəzərdə tutulub. Dördmərtəbəli binalar 27 mənzildən ibarət olmaqla iki, üç və dördotaqlı mənzillərdir”.

Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da Tədbirlər Planının icrası istiqamətində çoxşaxəli işlər görülməkdədir.

Ötən il sentyabrın 2-də ölkə başçısı tərəfindən təməli qoyulan Kəlbəcər şəhəri ikinci yaşayış məhəlləsində ayrılmış ərazinin ümumi sahəsi 1.76 hektardır. Bu layihədə isə 160 mənzildən ibarət yaşayış binaları yer alıb. Digər yaşayış məhəllələrinin isə konsept layihələri ilə bağlı işlər görülməkdədir.

Həmçinin bildirilib ki, yaxın zamanlarda Zar, Zallar və Yanşaq kəndlərində də tikinti işlərinə start verilməsi gözlənilir. Kəlbəcər şəhərində inzibati bina üçün ayrılan ərazinin sahəsi 2.42 hektar, şəhər parkı üçün ayrılan ərazi isə 10.9 hektar təşkil edəcək. Əlavə olaraq, 3.1 hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi sahəsi 2.24 hektar olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində 528 şagirdlik ümumtəhsil orta məktəbinin və 80 yerlik uşaq bağçasının, 7 peşə təhsili üzrə emalatxana və 70 yerlik yataqxananın tikintisinin də növbəti ildə tamamlanması gözlənilir.

Kəlbəcər rayonunda yerləşən İstisu qəsəbəsində isə 159 fərdi yaşayış evin inşası nəzərdə tutulub.

Təməli 2022-ci ilin 26 iyun tarixində qoyulan və hazırda da tikintisi davam edən “İstisu” Müalicə-İstirahət Kompleksi sağlamlıq turizmi baxımından ixtisaslaşacaq kompleksin 34 hektar ərazidə inşa edilməsi və orada hotel, restoran, kafe, kottec, inzibati bina, multifunksional konfrans zalı, əyləncə məkanları, açıq və qapalı hovuzların inşası planlaşdırılıb. 145 otaqdan ibarət olacaq hotel binasının qonaq qəbuletmə imkanının 420 olması ehtimal olunur.

Kəlbəcər düşmən tərəfindən xarabazara dönsə də, bu gün öz övladlarının ağuşunda gülüstana çevrilir. Möhtəşəm layihələr ard-arda fasiləsiz şəkildə start götürür. Azərbaycan xalqı Kəlbəcərin işğalını heç vaxt unutmayacaq, hər il Zəfər bayramında yenidən qurulan Kəlbəcərlə qürur duyacaq.

Fatimə Mərdanlı // EDnews         

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı