Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) maydan etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyini artıracaq.
“EDnews” xəbər verir ki , sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.
Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.
Yay uçuş cədvəli çərçivəsində AZAL Avropa şəhərlərinə həyata keçirdiyi reyslərin tezliyini də artırır. Belə ki, bu aydan həftədə 6 dəfə yerinə yetirilən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər 13 maydan gündəlik olacaq.
Bu aydan həftədə 5 dəfə həyata keçirilən Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslər də mayın əvvəlindən həftədə 6 dəfə, 12 maydan isə gündəli olacaq.
Fatimə Mərdanlı // EDnews