Hər il 25 milyon baqaj nə üçün aviaşirkətlər bizim əşyalarımızı itirirlər?

Maraqlı 18:20 09.06.2019

Aviaşirkətlər deyirlər ki, sərnişinlərin baqajlarının itməməsi üçün getdikcə daha səmərəli tədbirlər həyata keçirirlər. Bununla belə, hər il milyonlarla çanta və çamadan itməkdə davam edir.

"Baqaj karuselinin" yanında durub öz əşyalarınızı tapmadığınız çoxmu olub?

Milyonlarla insanın səyahəti belə başlayır, ya da belə bitir. Onlar həyəcan və qəzəblə aviaşirkətin məlumat masasına qaçıb öz əşyalarının taleyini öyrənməyə çalışırlar. 

Təyyarələrində və nəzarət-keçid nöqtələrində ən yeni texnologiyalardan istifadə edən şirkətlər nə üçün problemsiz baqajdaşıma təşkil edə bilmirlər?

Hər halda, irəliləyiş var

Baqajdaşımaya nəzarət edən beynəlxalq İT provayder şirkəti "Sita"nın məlumatına görə, 2007-ci ildə itən baqajların sayı 46,9 milyon olubsa, 2018-ci ildə bu göstərici 24,8 milyona enib.

Halbuki bu müddət ərzində təyyarə sərnişinlərinin sayı faktiki olaraq iki dəfə artıb.

Sensor nişanələri

Fotonun müəllifiALEC THOMAS Image caption

Delta şirkətinin sensoru baqajın səhvən başqa yerə getməməsinə nəzarət edir

Məsələn, Amerikanın "Delta" aviaşirkəti çamadanların tutacağına yapışdırılan ştrix-kod etiketlərində radiotezlik indikatorlarından (RFİD) istifadə etməyə başlayıb.

Mərkəzi monitorinq sistemi əşyanın yerini müəyyən edə bilsin deyə maşınlar baqaja verilən hər bir çantanı skan edirlər.

"Deməli, bizim hər il qəbul etdiyimiz 150 milyon baqaj belə indikatorla təmin edilib" - şirkətin icraçı direktoru Gareth Joyce belə deyir. Şirkət həmçinin bəyan edir ki, baqajların təhlükəsizliyini 99,9% səviyyəsində təmin edir.

Sərnişinlərin əşyalarını itirməmək üçün digər şirkətlər də RFİD-dən və mobil skanerlərdən istifadə edirlər.

25 milyon baqaj itməkdə davam edir. Nə üçün?

"Sita" şirkətinin nümayəndələri deyirlər ki, baqajların yarısı reysdəyişmə zamanı itir.

Sərnişinlər özləri bir təyyarədən düşüb digərinə keçə bilsələr də, onların əşyaları buna fürsət tapmır.

Baqaj arabası

Fotonun müəllifi REUTERS Image caption

Baqajların, demək olar ki, yarısı reysdəyişmə zamanı itir

Çantaların böyük əksəriyyəti həm də ona görə tapılmır ki, yükləyicilər onları dəyişik salırlar, ya da sərnişinlər səhvən başqalarının baqajını götürürlər.

Problemə təsir edən faktorlardan biri də yükdaşımanın mürəkkəb sistemi və onun çətin təşkilidir.

Bəzi aeroportlar və aviaşirkətlər bu işlə özləri məşğul olurlar, bəziləri isə eyni zamanda bir neçə şirkətə xidmət göstərən müstəqil kampaniyalarla birgə çalışırlar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) baqaj haqqında informasiyanın kodlaşdırılması standartını 1989-cu ildə müəyyənləşdirib, ştrix-kod sistemi isə hələ 1950-ci illərdə formalaşıb.

Amma bəzi kiçik aeroportlar hətta bu sistemdən də istifadə etmirlər. Yükləyicilərin işini yüngülləşdirmk üçün "Zebra" şirkəti Yunanıstanın 14 aeroportunu əşyaların ştrix-kod etiketlərini skan etmək imkanı verən kompüterlərlə təmin edib.

"Yoxsa biz kağız və qələmdən istifadə etməli olardıq" - şirkətin əməkdaşı Dean Porter belə deyir. Avropanın bir çox kiçik aeroportunun da yenilənməyə ehtiyacı var.

"Sita"nın məlumatına görə, baqajların böyük əksəriyyəti məhz Avropada itir: 1000-dən 7-si. Şimali Amerikada bu göstərici 3, Asiyada isə daha azdır - cəmi 1,77.

Baqaj skanneri

Fotonun müəllifi SITA Image caption

Kiçik aeroportlarda baqajın identifikasiyası üçün bəzən hətta elementar cihazlar da olmur

Ötən il İATA aeroportları sərnişinlərin əşyalarına nəzarəti gücləndirməyə məsul edən "Qətnamə 753" sənədini hazırlayıb.

Qlobal baqaj əməliyyatları şöbəsinin müdiri Andrew Price deyir ki, baqajın təyyarəyə qəbul edildiyi yer də daxil olmaqla, aeroportlar sonrakı transfer zamanı onun bir neçə əsas məntəqədə mövcudluğuna nəzarət etməli olacaqlar.

Keçən ay assosiasiya RFİD əlavəli etiketlərdən istifadəni də təsdiqləyib.

Bahalı cihazlara xərclənəcək vəsaiti və monitorinq sistemini nəzərə almaqla belə, bu addım 3 milyard dollar qənaətə gətirib çıxaracaq, çünki itmiş baqajın axtarılması və sərnişinə göndərilməsi böyük vaxt və maliyyə itkisinə səbəb olur.

Yeni texnologiyalar

Andrew Price deyir ki, baqaj biznesi kənardan darıxdırıcı və maraqsız görünür, halbuki bu sahədə daim yeni texnologiyalardan istifadə edilir və investisiyalar cəlb olunur.

Məsələn, "Delta" şirkəti artıq baqajdaşıma sistemindəki qanunauyğunluqları və zəif yerləri tapmalı olan maşınlardan istifadəni sınaqdan keçirir. Bu, problemin daha tez-tez yarandığı konkret istiqamətlər və ya çamadan növləri ola bilər.

"S7" aviaşirkəti isə baqaja nəzarət proqramı hazırlayıb, artıq sərnişinlərin yarısı bu proqramdan istifadə edir. Buna bənzər vasitələri bir çox başqa şirkətlər də təklif edirlər.

Texnologiyanın bu növü baqajdaşımanın keyfiyyətinə birbaşa təsir etməsə də, öz əşyaları haqqında informasiyaya malik olmaq sərnişinlərin xoşuna gəlir.

Onlar bu işi tamamilə öz əllərinə ala bilərlər, bunun üçün baqajlarına GPS və ya mobil operatorların teqləri vasitəsilə xüsusi proqramda onların yerini göstərəcək cihaz yerləşdirmələri kifayətdir, Belə proqramlar hazırlayan şirkətlər arasınada "LugLos", "Trakdot" və "Smart Unit" də var.

İtən baqajın başına nələr gəlir?

"Sita" nümayəndəsinin sözlərinə görə, "azan" baqajların 5 faizi aeroportun itən əşyalar şöbəsində olur, bir neçə ay orda saxlandıqdan sonra ya məhv edilir, ya da auksiona göndərilir.

Baqaj

Fotonun müəllifi GETTY IMAGES Image caption

Hər il minlərlə baqaj tələb edilmədən qalır

"Bizdə hər növ əşya olub - protez dişlərdən tutmuş taxma əl və ayaqlara qədər", - Bristol auksion evinin (BCVA) direktor köməkçisi Sam Ewing belə deyir.

ABŞ-ın Alabama ştatındakı tələb edilməmiş baqajlar mərkəzi belə əşyaları aviaşirkətlərdən alıb satışa çıxarır.

Onların saytında belə yazılıb: "Siz nələr tapa biləcəyinizi heç təsəvvür belə edə bilməzsiz".

Ümid edək ki, tezliklə aviaşirkətlər baqajların itməsi problemini həll edəcək və bu cür mərkəz və auksionlara ehtiyac qalmayacaq.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
Hamısı