“Onlarda toylar”-da bəy və dostlarının barmaqlarına həndəsi naxışlı xına çəkilir

Maraqlı 20:00 28.02.2022

Hər bir millətin özünə xas tarixi, mədəniyyəti, milli-mənəvi, dini  dəyərlərinə söykənən fərqli toy adət-ənənələri var. Elə bu səbəbdən də hər bir xalqın özünəməxsus toy qaydaları mövcuddur.

Mövzunun cəmiyyət arasında geniş maraq doğurduğunu nəzərə alaraq, Ednews hər həftə maraqlı toy adətlərini özündə ehtiva edən “Onlarda toylar” rubrikasını təqdim edir. 

Bu dəfə isə Yəməndə keçirilən toylardan söz açacağıq.

Digər ölkələrdə olduğu kimi Yəmən ölkəsi də toy adət- ənənələri ilə seçilir. İlk addım elçilik və nişanla başlayır.

Evliliyə atılan ilk addım elçiliklə başlayır. Oğlan ya anası ilə, ya da bacılarından biri ilə elçiliyə yollanır. Elçilik ikitərəfli razılaşma əsasında baş tutur. Razılaşma isə əsas qızın təhsilinin bitirməsindən sonra planlaşdırılır. Razılıq alınandan sonra ailələrin xeyir-duası ilə həri üzükləri sağ ələ taxılır.

Təəssüflər olsun ki, bəzən həddi-buluğa çatmamış qızları ərə verirlər, ya da qızın razılığını almadan elçilik edilir. Bu isə bəzi kənd əyalətlərində yaşanır.

Üzüklər taxıldıqdan sonra oğlan və qız tərəfinin iştirakı ilə kiçik yığıncaq təşkil olunur. Nişanlı olduğu müddət aylarla, hətta illərlə uzana bilər. Hər şey oğlan tərəfin maddi imkanına bağlıdır. Çünki bütün xərc onlar tərəfindən ödənilir. Bu səbəbdən məhz elə həri dönəmində bütün toy tədarükləri, çəkiləcək xərclər öncədən danışılır. Danışıqlar bitdikdən sonra razılaşma notariatda ya da məsciddə möhürlənir.

İmza atılma mərasimi.. 

Bu mərasimdə hər iki tərəfin ailəsinin başçıları və onların yaxın dostları, şahidləri, eləcə də nikah bağlayan Əl-Qada toplaşır.

Gəlinlə bəyin atası əl-Qədənin sözlərini təkrarlayaraq, əl sıxırlar.

Bundan əlavə, şahidlər, gəlinin atası, kürəkəni və qızı imza atdıqdan sonra, bəylə gəlin ər və arvad sayılır. Üzüklər sağ əldən sola dəyişdirilir.

Qassəl adlı xına mərasimi..

Toy günündən bir gün əvvəl təşkil olunan xına mərasimində bütün kənd camaatı bəy və gəlinin qohumları ilə “qarina” adlı baş meydana toplaşır. Həmin gecədə tonqallar yandırılır, nağaralar çalınır, mahnılar səslənir, hər kəs meydana toplaşaraq, rəqs edir.

Və hamı bir nəfər kimi “haxışda” oxuyaraq, bəy evinə yollanırlar. Bəyi “katova”adlı ön salona qədər müşaiyət edirlər. Bəy və dostlarının barmaqlarına həndəsi naxışlı xına çəkilir. Bəy dostları ilə birlikdə mahnılar, şeirlər deyərək, səhərə qədər əyləncələrinə davam edirlər.

Həmin gün həm də gəlinin əl-ayağına da gözəl xına naxışları çəkilir. Gecə yarısından sonra şənlik yaxşı davam edir... Elə həmin axşam toya hazırlıq gedir... Belə bir gündə bütün kənd camaatının dəstəyi çox görünür. Kənd camaatı hərəsi bir işlə məşğul olur. Biri yemək bişirməyə kömək edir (bunun üçün plov və quzu ətindən ibarət təamlar bişirilsin deyə, xüsusi aşbaz da çağırılır), digəri - xat almağa, üçüncüsü - kəndə gələn qonaqları yerləşdirməyə kömək edir. Axşam qadınlar toplaşır. Rəqs edir, mahnı oxuyurlar. Adətə görə, həmin gün gəlin tamamilə yaşıl geyinir və qonaqların yanına gedərkən ona Qurandan dualar və “ Gəlinimiz olduqca gözəldir, MaşaAllah! Gəlinimiz ailə qurur, Bismillah!” kimi sözlər deyilir. 

“Zifaf” adlı toy mərasimi..

Məhz toy günündə gəlin ata ocağından ər evinə köçür. Yəmən toyları digər toylar kimi çox şən, təmtəraqlı, nağara və digər çalğı alətlərinin sədası altında keçirilir. Toya çox yüzlərlə, hətta minlərlərlə qonaqlar dəvət olunur.  

Günün ilk yarısı oğlan və bəyin bəzədilməsi ilə başlayır. Bəy çiynində dekorativ qılıncla müşayiət olunan yeni bayram paltarlarını geyinir. Yəmənli kişilər adətən kəmərlərinə əyri cəmbiya xəncəri taxırlar və təbii ki, toy zamanı ondan ayrılmırlar. Yeri gəlmişkən, bu ölkədə hətta uşaqlar da kəmərində əyri xəncər gəzdirirlər! Yəməndən olan atalar qonşularına və qohumlarına onların övladlarının artıq əsl kişi olduğunu göstərmək üçün adətən oğullarına ad günləri üçün kiçik xəncərlər bağışlayırlar. 

Toy dəhlizi iki hissədən ibarət olur. Birində qonaqlar əyləşir, digər tərəfdə isə bəy və gəlin üçün xüsusi ayrılmış masa olur. 

Bəyin və gəlinin gəlişi elan edildikdə, qadınlar zərif axşam paltarlarını qara əbaya və çadraların altında gizlətməyə başlayırlar. Kişilər və qadınlar məclisi ayrı-ayrılıqda qeyd edirlər. Qadınlar üçün ayrıca otaq icarəyə verilir, kişilər bəzən küçədə xüsusi qurulmuş çadırla idarə edirlər.

Gəlin və bəy şən fəryadlar, qışqırıqlar və dualarla əhatəyə daxil olurlar. Onları musiqi və çalğı ilə xüsusi masalarına aparırlar. Bir müddətdən sonra bəylə gəlinə tort və stəkan şirə gətirilərək, toy mərasiminə davam edirlər. 

Bəy kişilərdən ibarət toy çadrasına yollanmaq üçün toy mərasimini tərk edir. Daha sonra, qadınlar qara əbya və çadralarını çıxardaraq, gecə saat 11-12-ə qədər şənliyə davam edirlər.

Yəmənlilər ayda maksimum 4 dəfə toylarda iştirak edir və hər toy üçün yeni paltar alırlar. Eyni paltarda getdikdə qadınların dedi-qodularına səbəb olurlar.

Yəməndə toylar çox səs-küylü və yorucu hadisə sayılır. Gənclərin özündən çox toyda iştirak edən qonaqlar üçün hər şey edilir.

Gəlinin və ya onun mehrinin cehizi 500 min Yəmən rialına (2500 dollar) çatır. Təxminən eyni qiymətə çıxan qızılın alınması daxil deyil.

Toydan sonra səkkizinci gün gəlinin atası qohumları ilə birlikdə gənc cütlüyün vəziyyətini görmək üçün bəyin evinə gəlirlər. Gənclər qonaqları qarşılayır. Sonra bütün kişilər axşam namazına qədər atış məşqinə yollanırlar. Şam yeməyi gənc cütlüyün evində bağçada çay içməklə bitir. Və səhərə qədər toyun keçirilməsi barədə danışılır..

Rəna Mürşüd


Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı