Nikola Teslanın bir əsr öncəki arzusu kosmosdan Yerə ilk enerji şüalanması ilə reallaşdı.
Ednews cumhuriyyet.com-a istinadən xəbər verir ki, bu mərhələ ucqar əraziləri və ya hətta fəlakətdən zərər çəkmiş əraziləri enerji ilə təmin etmək potensialına malik kosmos əsaslı günəş elektrik stansiyalarına qapı açır.
Video oyunlarından götürülmüş ideya kimi başlayan, lakin real dünyada həyata keçirilən layihə sayəsində simsiz enerji kosmosdan Yerə ötürüldü. Günəş enerjisini kosmosun sonsuz boşluğunda toplayıb Yerə ötürən bu təcrübə elm və texnologiyanın sərhədlərini aşır.
Keçən iyun ayında başlanan bu eksperimental tədqiqat orbitdə hərəkət edən peykdəki günəş panelləri vasitəsilə Yerə enerji ötürülməsini təmin edir.
Xəyal Ramiz