Okeanların dərinlikləri hələ də naməlumlarla doludur.
Ednews cnnturk.com-a istinadən xəbər verir ki, Yeni Zelandiya alimləri ölkənin cənub adasının yaxınlığında yerləşən Bounty Hole-a ekspedisiya ediblər.
21 gün davam edən kəşfiyyat nəticəsində komanda "yeni və ya yeni olduğu düşünülən" 100-ə yaxın okean canlısını müəyyən edib. Okeanın dərinliklərində yeni kəşflər bizi həyəcanlandırdı.
Okean Census alimlər qrupu, Yeni Zelandiyadakı Bounty Hole ekspedisiyaları zamanı "yeni və ya yeni olduğu düşünülən" növlər tapdıqlarını açıqladı. "Biz çoxlu müxtəlif yaşayış yerlərinə getdik və balıqdan ilbizlərə, mərcanlara, dəniz xiyarlarına və buna bənzər çoxlu sayda yeni növlər kəşf etdik. Elm üçün yeni olacaq həqiqətən maraqlı növlər", - komanda alimi bildirib. 21 nəfərlik elmi qrup 21 gün ərzində dəniz xəritəsini çəkib və 800 kilometr uzunluğundakı Bounty Hole boyunca yeni növlərin aşkar edilməsinə sərf edib.
Xəyal Ramiz