Britaniya parlamentindəki Liberal Demokratlar Partiyasının lideri Ed Davey ölkənin ən böyük gölü Windermere-də sörf etmək istəyərkən suya düşüb.
Ednews ntv.com-a istinadən xəbər verir ki, sosial şəbəkədə yıxılarkən çəkilmiş fotosunu paylaşan 58 yaşlı demokrat lider İngiltərə baş nazirini hədəf alaraq, "Hələ Rishi Sunak qədər islanmadım" deyib.
Liberal Demokratlar Partiyasının lideri, 58 yaşlı Ed Davey ümumi seçki kampaniyası turu çərçivəsində yerli namizəd və partiyanın keçmiş lideri Tim Farronla birlikdə Leyk dairəsinə səfər edib.
Bölgədəki seçki kampaniyası fəaliyyətlərinə sörfinqlə fasilə verən Davey lövhədə tarazlığını saxlaya bilməyəndə soyuq suya düşməkdən qaça bilməyib.
İki dəfə suya düşən lider sosial şəbəkədə suya düşərkən çəkilmiş şəklini paylaşaraq “Yenə də Rişi Sunak qədər islanmadım” deyərək İngiltərə baş nazirini hədəf alıb.
Xəyal