Dünyanın ən qədim gəmisi və yükləri İsrail tərəfindən aşkar edildi.
Ednews BBC-ə istinadən xəbər verir ki, İsrail arxeoloqları Şərqi Aralıq dənizində dünyanın ən qədim gəmisinə məxsus qalıqlardan bu gəmiyə məxsus bir sıra yüklərin aşkar edildiyini iddia edirlər. 3300 illik olduğu təxmin edilən yüzlərlə sağlam amforalar (qədimi qablar) Şimali İsrail sahillərindən 90 kilometr aralıda, 1800 metr dərinlikdə tapılıb.
İsrail Qədim Əşyalar İdarəsinin (IAA) mütəxəssisləri bildirirlər ki, bu tapıntı dövrün dənizçilərinin səma naviqasiyasından, yəni günəş və ulduzların köməyindən istifadə edərək okeanlarda hərəkət edə bildiyini göstərir.
İsrail Qədim Əşyalar İdarəsinin (IAA) bu gəminin bir fırtına və ya potensial bir hücum zamanı batdığının ehtimal edildiyini qeyd edib.
Tapıntıların araşdırması mütəxəssislər tərəfindən davam etdirilir.
A. Mikayıl