"Taliban"-ın Əfqanıstanında həyat necədir? - Turistlər üçün məsləhət

Maraqlı 16:15 26.11.2024

Əfqanıstanı faktiki idarə edən Taliban hərəkatı ölkəyə mümkün qədər çox turist cəlb etmək istəyir. Bu il Əfqanıstana səfər edən alman səyyah Yannis M. əmindir ki, həqiqətən də oraya getməyə dəyər. 

EDnews xəbər verir ki, Britaniyanın "The Daily Mail" tabloidinə verdiyi müsahibədə o, bunun əslində "böyük təcrübə" olduğunu bildirib.

Artıq 93 ölkəyə səfər edən 23 yaşlı alman deyir ki, məqsədi dünyanı gəzməkdir. Əfqanıstan onun siyahısında 88-ci ölkə olub.

"Əfqanıstan xoşuma gəldi və özümü təhlükəsiz hiss etdim. Mənə çox yaxşı münasibət göstərildi. Əfqanlar dünyanın ən qonaqpərvər xalqlarından biridir. Məni yaxşı qarşıladılar", deyə Yannis bildirib.

Onun sözlərinə görə, adi əfqanlar onu evlərinə şam yeməyinə dəvət ediblər. O, həmçinin Talibandan ancaq yaxşı münasibət görüb:

"Taliban turistlərin gəlməsini istəyir, ona görə də sizi əmin edirlər ki, hər zaman təhlükəsizlikdəsiniz".

Yannisin sözlərinə görə, Əfqanıstana getməkdən qorxan insanlar dünyanı heç vaxt öz gözləri ilə görməyəcək və üfüqlərini genişləndirməyəcəklər.

"Bilirəm ki, çoxları Əfqanıstana səfər etməyi yaxşı fikir hesab etmir, lakin sizi əmin edə bilərəm ki, bu şəxsi inkişafınıza və müəyyən məsələlərə öz baxışınıza töhfə verəcək".
 
 Yannis Əfqanıstana səfərindən bəzi fraqmentləri "TikTok" platformasındakı şəxsi bloqunda dərc edib. Bu videolarda onun qeyri-adi mavi suyu ilə tanınan Band-e-Amir Milli Parkının gölündə qayıqla üzdüyünü, Kabil quş bazarını və digər yerləri gəzdiyini görmək olar.

Kabildə Yannis hətta antik qutu kamera ilə şəhərin sonuncu peşəkar fotoqraflarından biri olan Hacı Mirzəman tərəfindən də çəkilib. "Onunla görüşmək mənim üçün şərəf idi və şübhəsiz ki, maraqlı təcrübə oldu", deyə səyahətçi bildirib.

Alman məşhur vaxtilə qədim Budda heykəllərinin  yerləşdiyi Bamiyan bölgəsinə də baş çəkib. 2001-ci ildə Taliban heykəlləri dağıdıb, lakin onların oyulmuş qaya boşluqları hələ də qalmaqdadır.

 "Əfqanıstanın maraqlı tarixi, mədəniyyəti, böyük insanları və gözəl yeməkləri var və  bunu görmək və özüm üçün yaşamaq istədim", deyə Yannis bildirib.
 O, bu ölkəyə səfərinin təşkilati təfərrüatlarını da açıqlayıb. Bildirib ki, bundan əvvəl Əfqanıstana vizanın Dubayda, Pişəvərdə (Pakistan) və ya Tacikistan-Əfqanıstan sərhədində verilə biləcəyini öyrənib. Hər iki ölkəyə birdən səfər etmək qərarına gəldiyi üçün sonuncu variantı seçib.

Yannis əlavə ehtiyat tədbiri olaraq Əfqanıstana səfəri üçün bələdçidən istifadə edib. Bu variantı ona əvvəllər Əfqanıstanda səfərdə olmuş tanışı tövsiyə edib.

Lakin müsbət təcrübəsinə baxmayaraq, Yannis Əfqanıstanı yalnız təcrübəli səyahətçilər üçün bir istiqamət kimi tövsiyə edir. Onun fikrincə, bu ölkəyə səfər yeni gələnlər üçün bir az şok ola bilər. Çünki bəzi aspektlər  yaxşı vəziyyətdə deyil. Xüsusilə, gigiyena problemləri ciddidir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı