“Karate Kid: Əfsanələr” filminin Nyu-Yorkda baş tutan möhtəşəm dünya premyerası yalnız kino dünyasının deyil, həm də döyüş sənətləri aləminin diqqət mərkəzinə çevrilib. Premyerada yaşanan emosional anlar tədbirə damğa vurub.
EDnews xarici mətbuata istinadən xəbər verir ki, filmin baş rollarını paylaşan əfsanəvi aktyorlar – Ceki Çan və Ralph Macchio karate sənətinə illərlə göstərdikləri bağlılığa və bu sahənin populyarlaşmasında oynadıqları simvolik rollara görə qara kəmərlə təltif ediliblər.
Bu xüsusi mükafat aktyorların illərdir davam edən zəhmət və fədakarlıqlarına verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirilib. Həm azarkeşlər, həm də döyüş sənəti mütəxəssisləri bu hadisəni yüksək dəyərləndiriblər.
Premyera zamanı səhnəyə çıxan Ceki Çan və Ralph Macchio öz təşəkkürlərini bildirərkən, sənət və irs uğrunda çalışdıqlarını vurğulayıblar. Xüsusilə, Ceki Çanın emosional çıxışı salonu ayağa qaldırıb.
Bu hadisə təkcə bir film təqdimatı deyil, həm də karate və döyüş sənətlərinə olan hörmətin təntənəli nümayişi oldu.
Fatıma Şükürova // EDnews