Şahruddin Məhəmmədəliyevin "Qarabağ"dan ayrılması ilə bağlı yayılan məlumatlar reallığı əks etdirmir".
Bu barədə EDnews-un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
Onun sözlərinə görə, klubda transferlər və futbolçuların gedişi ilə bağlı bütün qərarlar yalnız rəsmi qaydada ictimaiyyətə açıqlanır.
"Əgər komandaya rəsmi şəkildə hansısa futbolçu gəlirsə və ya komandadan ayrılırsa, biz bunu avtomatik olaraq rəsmi şəkildə ictimaiyyətə açıqlayırıq. Bu istiqamətdə hər hansı məlumat olarsa, onu ictimaiyyətə təqdim edəcəyik. Hazırda əlavə deyə biləcəyimiz bir məqam yoxdur",– deyə Anar Hacıyev qeyd edib.
Murad Mirqafarlı I EDnews







