Politoloq: “Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistanın xeyrinə olardı”

Müsahibələr 11:45 30.05.2024

Zəngəzur dəhlizi ilə bağlı məsələlər sanki gündəmdən çıxıb. Ara-sıra Türkiyə tərəfindən dəhlizin 2028-2029-cu illərdə açılmasına dair fikirlər səsləndirilir. Bəs İran üzərindən Naxçıvana əldə ediləcək çıxış fonunda Zəngəzurdan keçəcək dəhlizin arxa plana keçməsi hansı məntiqə əsaslanır?

Görəsən, Ermənistan nə zaman bu məsələnin həlli istiqamətində müsbət addımlar atacaq?

Məsələ ilə bağlı Ednews-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın gündəmindən əsla çıxmayacaq bir məsələdir:

“Zəngəzur dəhlizi hazırda Azərbaycanın gündəmindən çıxmayıb. Sadəcə olaraq, nəzərə almaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhliziylə əlaqədar ortaya qoyduğu mövqeyi dəstəkləyən ölkələr olsa da, Ermənistan bu məsələni fərqli formada təqdim etməyə və Azərbaycanla münasibətlərdə problem yaratmaq üçün Zəngəzur dəhlizi faktorunu qabartmağa və Zəngəzur dəhliziylə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə çalışır. Ona görə də Zəngəzur dəhliziylə bağlı məsələnin Azərbaycan tərəfindən arxa plana keçməsi, gündəmdən salınması əsla qəbul edilən bir məsələ deyil. 

Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Ermənistanın üzərinə götürdüyü 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməsini gözləyirdi, amma bu müddət ərzində Ermənistan müxtəlif bəhanələr gətirərək, özəlliklə regiondakı qüvvələrin də bununla bağlı çağırışlarına məhəl qoymayaraq xarici havadarlarının dəstəyi ilə prosesi ləngitməyə çalışdı”. 

Siyasi şərhçi əlavə edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistanın xeyrinə olardı:

“Məntiqlə baxanda Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistanın xeyrinə olardı. Çünki 30 illik işğal dövründə iqtisadi və siyasi baxımdan dalan dövləti halına gələn Ermənistanın bu gün normal bir ölkə olaraq sivil dünyaya inteqrasiya etməsi normal kommunikasiya-logistika və nəqliyyat layihələrinin iştirak etməsinin yeganə vasitələrindən biri həm də Zəngəzur dəhlizinin işləkliyi məsələsidir. Amma ambisiyalar Ermənistandakı siyasi hakimiyyətin də müəyyən qədər bu məsələlərdə müstəqil ola bilməməsi həmçinin xarici havadların Ermənistana göstərdiyi təzyiqlər fonunda bu məsələylə bağlı Ermənistan lazım olan addımları atmadı.
Mən hesab edirəm ki, Azərbaycanın onsuz Naxçıvana quru yolla bağlı müxtəlif layihələri, İranla anlaşmalar var. Azərbaycan Zəngəzur dəhlizi məsələsini həmişə diqqətdə saxlayır”.

Mikayıl Mirzəzadə

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Məşhur güləşçiyə vəzifə verildi
01:19 27.06.2025
Ronaldu "Ən-Nəsr"-də qalacaq
01:09 27.06.2025
"Xameneini öldürmək istəyirdik,amma tapmadıq"
00:54 27.06.2025
Bu şəxslərə yumurta yemək olmaz
00:39 27.06.2025
Mədəniyyət Nazirliyi partlayış barədə açıqlama verdi
00:31 27.06.2025
Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Hamısı