Malayziyanın Sabah ştatında güclü daşqınlar səbəbindən 4 mindən çox insan müvəqqəti yaşayış mərkəzlərinə təxliyə olunub.
“EDnews” xəbər verir ki, məlumata görə, təxliyə edilən ştat sakinlərinin sayı 4122 nəfərdir. Zərərçəkənlər üçün 18 müvəqqəti təxliyə məntəqəsi yaradılıb.
Qeyd edək ki, 2023-cü ildə Malayziyanı vuran daşqınlar səbəbindən zərər 755.4 milyon rinqqit (161.4 milyon dollar) təşkil edib ki, bu da ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 0.04%-nə bərabər olub.
Fatimə Mərdanlı//EDnews