Avstraliyanın Makkuori adasının sahilində 6,8 maqnitudalı zəlzələ qeydə alınıb.
“EDnews” xəbər verir ki , bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat verib.
Təbiət hadisəsinin episentri adadan 220 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Fatimə Mərdanlı //EDnews