İrəvanda müharibə müzakirəsi Erməni ordusunu kim hərəkətə gətirir?

Siyasət 18:20 13.06.2019

Azərbaycan ordusunun zabiti, mayor Aqil Omarovun şəhid olmasından sonra Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimləri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib. Şəhid mayorun qisasının ağır olacağını yazan erməni KİV açıq formada Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını dilə gətirir.

Ermənistanın gündəminə bomba kimi düşən təlimləri erməni jurnalistlər “qisas hərəkatı” adlandırır. Naçıvandakı hərbi hərəkətliliyin arxa planının axtarışına çıxan erməni ekspertlər isə bunu müharibə hazırlığı kimi qiymətləndirməklə yanaşı, ehtimal edilən qarşıdurmanın məsuliyyətini hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələrdə görür.

İrəvanda hakimiyyət uğrunda mübarizə

Məlumdur ki, keçmiş prezident Robert Köçəryanın həbsdən çıxması Ermənistan daxilində siyasi prosesləri yenidən fəallaşdırdı. Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı”na bağlı Qarabağ separatçılarının Baş nazir Nikol Paşinyanı açıq formada təhdid etməsi hakimiyyət uğrunda savaşı bir qədər də qızışdırıb. Dağlıq Qarabağ münaqişəsini arxa plana atan daxili siyasi qüvvələrin hazırda fokuslandığı əsas nöqtə də hakimiyyətdir. Yaranmış qarışıq situasiya fonunda cəbhə xəttində baş verən hərəkətlənməni siyasi xala çevirmək istəyən klanlar Ermənistanın ön xətdəki hərbi mövqelərində boşluqların yaranmasına yol açdığı iddia edilir.

Əsas fokus nöqtəsi – Naxçıvan

Erməni ekspertlərin fikrincə, Ermənistandakı hakimiyyət boşluğundan çəkinən hərbi komandanlıq Azərbaycan ordusunun ehtimal olunan hücumuna hazırlıqlı deyil. Bu baxımdan, Ermənistan ordusunun əsas fokus məntəqəsi Naxçıvandır. Ermənilər keçən il Azərbaycan ordusunun Naxçıvan ətrafındakı Ermənistanı mərkəzinədək nəzarətdə saxlaya biləcək strateji məntəqələri azad etməsindən sonra əsas hücumun buradan olacağını ehtimal edir. Azərbaycan ordusunun qisas hücumuna hazırlaşdığının gərginliklə müzakirə olunduğu bu günlərdə isə Türkiyə ilə birgə keçirilən hərbi təlimlər erməni ictimaiyyətinin əsəblərini bir qədər də tarım çəkdi.

Nəhəng müttəfiq ordusu

Ermənistanın ictimai-siyasi çevrələrini narahat edən digər faktor Qəbələdə Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşüdür. Gürcü müdafiə nazirinin Qəbələyə gəlməsi bir müddət əvvəl Gürcüstan və Azərbaycan arasında Keşikçidağ məbədi üzərində yaranmış anlaşılmazlığı təxribata çevirə bilməyən Ermənistan üçün pis xəbər idi. Üstəgəl, görüşdən sonra masaya yatırılan üçtərəfli hərbi ittifaq məsələsi və gələcəkdə Gürcüstan-Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsi müzakirəsi Ermənistanın narahatlığını bir xeyli artırıb. Erməni mənbələr Türkiyədən sonra Gürcüstanın da Azərbaycanın dayaq nöqtəsinə çevrildiyini ehtimal edir və bu dayağın digər tərəfdən NATO-ya söykəndiyini bildirir. Erməni ictimaiyyətinin narahatlığı budur ki, Ermənistanın Rusiyadan dəstəyinin zəiflədiyi və Qarabağda döyüşlərin bərpa olunacağı ehtimalının gücləndiyi bir vaxtda Azərbaycan ordusu özünə nəhəng müttəfiq platforması qazanıb.

Narahat Paşinyan

Erməni mənbələr 2016-cı ilin aprel ayında Azərbaycan ordusu ilə döyüşlərdəki ağır məğlubiyyəti və bundan sonra dönəmin Serj Sərkisyan hakimiyyətinin rəsmi Bakı ilə danışıqlar masası ətrafında oturmağa məcbur olmasını xatırladır. Erməni ekspertlərin fikrincə, Köçəryan klanının nəzarətindəki erməni ordusunun cəbhədəki təxribatlarından narahat olan Paşinyan digər faktorları da nəzərə alaraq, Azərbaycanla dialoq prosesini yenidən fəallaşdırmaq niyyətindədir. Qiyamçı baş nazir “Qarabağ klanı”nın baş verənləri onun əleyhinə çevirəcəyindən narahatdır.

Erməni ekspertlər ehtimal edir ki, hazırkı dönəmdə təkrarlanacaq aprel savaşı Paşinyan iqtidarının sonu olacaq, vaxtilə belə bir döyüşlər Serj Sərkisyanı bitirmişdi. Buna görə də, Paşinyan gec olmadan kiçik də olsa, həllə yol aça biləcək addım atmaq niyyətini gizlətmir. “Qarabağ klanı” isə Paşinyanın sonunu gətirəcək belə bir lokal döyüşlərdə maraqlıdır. Amma növbəti döyüşlərdə Azərbaycan ordusunun işğal edilmiş ərazilərdə daha böyük yol qət edəcəyini düşünən erməni ekspertlər “Qarabağ klanı”nın bu təxribatının bütün Ermənistan üçün ağır nəticə doğuracağı ehtimalını irəli sürür.

Darmadağın edilən “qalib ordu fenomeni”

Erməni ekspertlər xatırladır ki, 2016-cı ilin aprel döyüşlərinə qədər Rusiya ilə birgə Qarabağdakı işğalçılıq fəaliyyətinə görə bir anda fenomenə çevrilmiş erməni ordusunun bu imici darmadağın edildi. İndi isə belə bir döyüşün təkrarlanmasının nəticəsi daha ağır olacaq. Nəzərə almaq lazımdır ki, Moskvada hakimiyyəti qəbul edilməyən Paşinyanın Ermənistanı böhranlı bir dönəmdən keçir və bu, erməni ictimaiyyətində Rusiyanın ehtimal olunan döyüşlərdə erməni ordusu tərəfində olmayacağı qorxusu yaradıb. Belə bir vəziyyətdə - hakimiyyəti əldə etmək naminə erməni ordusunu Azərbaycan Silahlı Qüvvələrinin üzərinə göndərməyin nəticəsi Ermənistan üçün yaxşı olmayacaq.

 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"İranın hələ də zənginləşdirilmiş uranı qalıb"
01:45 11.07.2025
Dubayda süni intellektli restoran açılır
01:19 11.07.2025
Serbiya nüvə proqramını inkişaf etdirəcək
00:49 11.07.2025
Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Hamısı