Türk Şurasına sədrlik Azərbaycana keçdi | Eurasia Diary - ednews.net

16 Noyabr, Şənbə


Türk Şurasına sədrlik Azərbaycana keçdi

Siyasət A- A A+
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycana keçib.
 
Eurasia Diary xəbər verirki, bu barədə Şuranın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirilib.
 
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.
 
Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
 
Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...