Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir - Rusiya XİN | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir - Rusiya XİN

Siyasət A- A A+

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik səylərində aktiv rol oynamağa davam edir. Dağlıq Qarabağ münaqişəsi tərəflərinə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərinə daxildir və bu, Rusiya Prezidentinin diqqət mərkəzindədir”.

Eurasia Diary-nin məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana rəsmi səfəri öncəsi yaydığı məlumatda bildirilib.

Məlumatda daha sonra qeyd edilir: “Əminik ki, münaqişənin nizamlanması istisnasız olaraq siyasi diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə  həyata keçirilməlidir. Güman edirik ki, siyasi iradə olduğu təqdirdə diplomatik səylər gec-tez irəli getməyə və kompromisə gəlməyə imkan verəcək. Öz tərəfimizdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlər nəzərə almaqla yardım edəcəyik".(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...