"Qarabağ əhalisinin razılığı olmadan mümkün deyil..." - Lavrovdan şok bəyanat | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


"Qarabağ əhalisinin razılığı olmadan mümkün deyil..." - Lavrovdan şok bəyanat

Siyasət A- A A+

"Bir daha qeyd edirəm ki, danışıqlar prosesinin tərkibinin müəyyən edilməsini tərəflər özü razılaşdırmalıdırlar. Bununla mübahisə etmək çətindir".

Eurasia Diary-nin məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.  

O qeyd edib ki, məsləhətləşmələrin ilkin mərhələsində Dağlıq Qarabağ danışıqların iştirakçısı olub, lakin hansısa mərhələdə Ermənistan rəhbərliyi, keçmiş prezidentlərdən biri danışıqlarda Dağlıq Qarabağın maraqlarını Yerevanın təmsil edəcəyinə dair qərar verib.

“Hamıya aydındır ki, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılıq əldə etmək mümkün olmayacaq. Ermənistan tərəfi, sadəcə olaraq, bunu imzalamayacaq. Biz məhz bu mövqedən çıxış edirik. Ərazi bütövlüyü, öz müqəddəratını təyin etmək, istisnasız olaraq münaqişələrin sülh yolu ilə nizamlanması prinsipləri münaqişə tərəfləri arasında müzakirə olunan sənədlərdə öz əksini tapıb. Bütün hallarda yekun qərarda bütün bu prinsiplər nəzərə alınmalıdır. Bu barədə nə Yerevan, nə də Bakı mübahisə edir. Bundan sonrakı məsələ isə diplomatiya incəsənətidir və kompromisə hazırlıqdır. Biz həmsədrlər olaraq çalışırıq ki, kompromis dürüst olsun və maraqların real və ədalətli balansını əks etdirsin", - deyə Rusiya XİN başçısı Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması ilə bağlı Ermənistanın təklifinə Moskvanın necə baxması ilə bağlı suala cavabında qeyd edib. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...