74 yaşlı məmur yenidən deputat olmaq istəyir: “YAP-dan cavab gözləyirəm”

Siyasət 12:41 17.11.2019

“Seçim xalqındır. Xalq necə seçim edir, o cür də olur, kimi istəyir, etimad göstərir, deputat seçir, kimi də istəmir, seçmir, etimad göstərmir. Bu məsələdə də xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz və bugünədək də belə bir hal olmayıb. Bütün millət vəkilləri xalqın, seçicilərin iradəsi, seçimi ilə seçiliblər və öz üzərlərinə düşən vəzifələri də yerinə yetirməyə çalışıblar, çalışırlar”.

Eurasia Diary bildirir ki, bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) və son üç çağırış Milli Məclisin (MM) üzvü olan 74 yaşlı millət vəkili, Tibb Universitetinin (ATU) prorektoru Rafiq Məmmədhəsənov son kadr təyinatları ilə bağlı bəzi media orqanlarında və sosial şəbəklərdə 60-70 yaşlardan yuxarı olan deputatların da hədəf seçilməsinə, kəskin etirazlara məruz qalmasına münasibətini bildirərkən deyib.

O daha sonra deyib:

“Yaşlılıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də  seçilməsin ki?!

Bəli, deputatlıqla bağlı aşağı yaş həddi var-18 yaş, amma yuxarı yaş həddi-məhdudiyyəti yoxdur. Bu, özü də təkcə bizdə deyil, dünyanın hər bir yerində belədir.

Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?!

Keçmiş-qədim dövrlərdə Yunanıstanda parlamentə deputatlar 70 yaşdan yuxarı olan seçilirdilər. Yaşlı insanlara üstünlük verilirdi. Məqsəd də o idi ki, seçilmiş insanlar müdrik insanlar olsunlar, ağıllı qərarlar vermək  gücündə, qabiliyyətində olsunlar”.

“Eyni zamanda, məsələn, el arasında-iki qonşu arasında dava düşür, onları barışdırmaq üçün cavan adamı aparırlar yoxsa ağsaqqal insanı? Hər zaman məhz ağsaqqalı aparırlar-ona üstünlük verirlər.

Çünki ağsaqqallar müdrikdirlər, həyat təcrübələri, geniş dünyagörüşləri var, nüfuzları çoxdur, məsələni tez həll edə-yoluna qoya bilirlər. Bu baxımdan, parlamentə də təcrübəli, müdrik adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar.

Burada yaşlı-cavan söhbəti olmamılıdır, burada daha çox qabiliyyət, təcrübə, dünyagörüşü, müdriklik söhbəti olmalıdır. Elə ona görə də bilərəkdən deputatlıqla bağlı yuxarı yaş həddi və neçə dəfə seçilə bilməklə əlaqədar  məhdudiyyət qoyulmayıb.

Kim xalqın, seçicinin etimadını doğruldursa, əqli-fiziki imkanları yerindədirsə, yenidən niyə namizəd olmasın və yenidən niyə deputat seçilməsin?!

Mənim mövqeyim budur və seçim xalqındır…”- deyə, millət vəkili bildirib.

“Növbəti-4-cü dəfə deputatlığa namizəd olmaq istərdinizmi” sualına cavabında isə R. Məmmədhəsənov “Partiya məsləhət görərsə, namizədliyim irəli sürüləcək, məsləhət bilməsə, yox. Bunu da indidən demək olmaz. Çünki hələ seçkilərə  vaxt var”- deyə  vurğulayıb.

Image result for sefqet klinikasi fikret doktor

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Dubayda süni intellektli restoran açılır
01:19 11.07.2025
Serbiya nüvə proqramını inkişaf etdirəcək
00:49 11.07.2025
Eritrositlərin yaradılmasının yeni üsulu kəşf olundu
00:16 11.07.2025
" İsrail Qəzzada diplomatiyaya razıdır, güc tətbiqinə isə hazırdır"
23:53 10.07.2025
Pentaqon PUA-lar istehsalı sahəsində Rusiya və Çinə çatmaq istəyir
23:15 10.07.2025
Fransa sahillərində uperyaxta yanıb
22:46 10.07.2025
"NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər"
22:25 10.07.2025
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Hamısı