Rus ekspert koronavirusa görə Azərbaycan və Ermənistanı əməkdaşlığa səslədi | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Rus ekspert koronavirusa görə Azərbaycan və Ermənistanı əməkdaşlığa səslədi

Siyasət A- A A+

Moskvada yaşıyan politoloq Stanislav Tarasov Ermənistan və Azərbaycan düşmənçilikdən qaçaraq anti pandemiya səylərinə başlamalıdırlar.

"EDNews" xəbər verir ki, bu barədə Rusiyalı ekspert Stanislav Tarasov "tert.am"a müsahibəsində bildirib.

Stanislav Tarasov "Həqiqətən, ağlasığmaz olsada, amma məncə, iki ölkənin liderləri, Qarabağ tənzimlənməsini arxa plana keçirərək, anti-pandemiya proqramı hazırlamağa keçməlidirlər. Vəziyyət xüsusilə Ermənistanın və Azərbaycanın qonşu olduğu İranın şimalında ciddidir. Bilirik ki, hər ikisi xəstəliklə mübarizə üçün başqa tədbirlər görməklə yanaşı, İranla giriş və çıxış prosedurlarını məhdudlaşdırdılar, amma bildiyimiz kimi bu virusun "pasportu" yoxdur. "İki ölkə rəhbərlərinin bir araya gələrək barışıq sazişi imzalaması və Qarabağla sərhədi boyunca atışmaların aradan qaldırılması istiqamətində addımlar barədə razılığa gəlmələri ağıllı olar" dedi 

Ekspert koronavirus pandemiyası sürətlə yayılması və neftin qiymətinin kəskin azlamasını nəzər alaraq hər iki ölkənin gələcəyi üçün sülhün vacibliyini vurğuladı.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...