Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumundan sonra Rusiyanın Rıbinsk şəhərində yanğın davam edir.
EDnews xəbər verir ki, hadisədən sonra əraziyə yanğınsöndürənlər cəlb olunub.
Məlumata görə, yanğınsöndürənlər alovu nəzarətə götürməkdə çətinlik çəkirlər. Bu səbəbdən yanğın hələ də davam edir.
Hadisənin yanacaq saxlama obyektlərinə dron zərbələri nəticəsində baş verdiyi bildirilir.







