Səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilən Xalq artisti Flora Kərimovanın vəziyyəti açıqlanıb.
Xalq artistinin köməkçisi Yaqut İmanova bu barədə EDnews-a məlumat verib.
Onun sözlərinə görə, hazırda sənətkarın vəziyyəti yaxşıdır.
“Hər şey nəzarət altındadır. Ən azı, əvvəlki günlərlə müqayisədə vəziyyətində yaxşılığa doğru irəliləyiş var. Müalicəsi davam etdirilir. Evə buraxılması həkimlərin qərarından asılıdır. Qızı İngiltərədən gəlib, hazırda onun yanındadır, vəziyyətə nəzarət edir”, - deyə o əlavə edib.







