“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib

Siyasət 19:36 13.08.2020

Bazar ertəsi Təl-Əviv-Yaffoda Azərbaycan mənşəli təxminən 600 yəhudi qədim Yaffo şəhəri boyunca yürüş keçirib, sonra Erməni Mədəniyyət Mərkəzinin və Erməni kilsənin yanında nümayişə toplaşıblar. Onları hiddətləndirən bu faktdır ki, bu yaxınlarda Azərbaycanın Tovuz rayonunda bir neçə gün davam etmiş şiddətli döyüş əməliyyatları zamanı ermənilər tərəfindən artilleriya silahlarından açılan atəşlər nəticəsində Azərbaycanın 12 hərbi qulluqçusu və 76 yaşlı bir mülki şəxs həlak olub.

EDNews.net AZƏRTAC-a istinadən xəbər verir ki, israilli jurnalist və siyasi analitik Raxel Avraham nüfuzlu “Jewish Press” informasiya agentliyinin saytında “İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib” sərlövhəli məqaləsində bu barədə yazıb.

Məqalə müəllifi qeyd edir ki, həmin nümayişdə ravvin Şmuel Siman Tov çıxış edib. Ravvin bildirib ki, ermənilər onun kürəkənini və qardaşını öldürüblər. O, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi pozulmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal olunmasına istinad edərək Ermənistanı qanunsuz işğalçılıqda təqsirləndirib.

Siman Tov deyib: “Biz tələb edirik ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsindən və ona bitişik 7 rayonundan çıxarılsın. Azərbaycan və İsrail həmrəydir”.

Nümayişin təşkilatçılarından biri – israilli siyasi analitik Arye Qut da Qarabağın ermənilər tərəfindən işğal olunduğunu bəyan edərək deyib: “Mən İsraildəki Azərbaycan yəhudiləri diasporu adından bəyan edirəm ki, bizim Azərbaycanı və Azərbaycan əsgərlərini dəstəkləmək üçün keçirdiyimiz bu nümayiş tamamilə dinc xarakter daşıyır. Biz - Azərbaycandan İsrailə köçmüş, hazırda burada yaşayan vətəndaşlar İsrail qanunvericiliyi çərçivəsində lazım bildiyimiz yerdə nümayişlər keçirmək hüququna malikik. Biz istər Ermənistan Mədəniyyət Mərkəzinə, istərsə də Erməni Kilsəsinə qarşı hər hansı provokasiyalar törətmək niyyətində deyilik. Biz yalnız bunu tələb edirik ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirsin, Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş tarixi ərazisi olan Dağlıq Qarabağı və ona bitişik yeddi Azərbaycan rayonunu işğaldan azad etsin, 1 milyon azərbaycanlı qaçqın öz tarixi torpaqlarına qayıtsın”.

İsrailli siyasi analitik qeyd edib ki, Ermənistan İsrail-Azərbaycan münasibətlərini hər vasitə ilə korlamağa çalışır. Arye Qut deyib: “Onlar bunu edə bilməycəklər. Azərbaycan İsrailin dünyada real strateji tərəfdaşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq nümunəsidir. Bu gün Azərbaycanda 25 minlik yəhudi icması var. Bəs Ermənistanda necə? – orada demək olar ki, yəhudi yoxdur. Ermənistanda təxminən 50 etnik yəhudi yaşayır.

Dörd il bundan əvvəl Yerevanda antisemit, nasistlərin aşkar əlaltısı Qaregin Njdeyə heykəl qoyulub. Biz israillilər buna necə münasibət bildirməliyik?

Faşistlərin əlaltılarının xatirəsinin hörmətlə yad edilməsi Holokost qurbanlarının xatirəsinə təhqirdir. Şəxsən mənim babam Ukraynada nasistlərin törətdikləri vəhşiliklər nəticəsində bütün ailə üzvlərini itirib. Bu, mənim üçün dözülməz ağrıdır. Artıq gizli deyil ki, Ermənistanda faşizm ideologiyası, nasist Almaniyası ilə sıx əməkdaşlıq etmiş erməni faşistlərin xatirəsi dövlət səviyyəsində təbliğ edilir.

Hiddətləndirici faktdır ki, “njdeizm” adlı faşist ideologiyası Ermənistanın tədris müəssisələrinin proqramlarına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir. Yəhudi xalqı İkinci Dünya müharibəsi dövründə Njde başda olmaqla 20 minlik erməni legionu tərəfindən törədilmiş qəddar aktları heç vaxt unutmayacaq. Tarixi sənədlərlə təsdiqlənən faktdır ki, Njdenin başçılıq etdiyi erməni legionunun məqsədi alman ordusu üçün yararsız sayılan yəhudilərin evlərinə hücum etmək, onları məhv etmək idi. Məhz erməni legionunun əməlləri nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya şəhərləri, Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə “təmizlənmişdi”. İndi isə Qaregin Njdeni milli qəhrəman elan edir, Yerevanın mərkəzində ona heykəl qoyurlar. O faşist olub, lakin erməni olduğuna görə milli qəhrəman sayılır”.

“İsraildə Azərbaycan evi”nin rəhbəri Şirin Nexamiya Mixaeli bu yürüşü dəstəkləyən həmvətənlərinə təşəkkür edərək deyib: “Qədim Azərbaycan torpağında iudaizm, İslam və xristianlıq məzhəbləri yanaşı mövcud olub. Bu diyar bu gün də dini dözümlülük nümayiş etdirir. Azərbaycanlılar və yəhudilər əsrlərboyu qardaşcasına yaşayıblar. Onları ortaq tale və ortaq tarix birləşdirir. Biz bütün dünyaya və ən başlıcası, işğalçı ermənilərə müraciət edərək tam məsuliyyətlə bəyan edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm də bizim faciəmiz, bizim ağrımızdır, çünki ədalət Azərbaycanın tərəfindədir.

“İsraildə Azərbaycan evi”nin rəhbəri vurğulayıb: “İşğalçılara qarşı bu dəhşətli müharibədə yəhudilər və azərbaycanlılar həmişə birgə vuruşublar. Onlar birgə yaşadıqları, bir-birinin sevincinə şərik olduqları kimi, birlikdə də döyüşüblər. Biz, əslən Azərbaycandan olanlar fəxr edirik ki, erməni işğalçılara qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk milli qəhrəmanlarından biri bizim qardaşımız Albert Aqarunov olub. O, Azərbaycan və yəhudi xalqlarının mərdlik və qardaşlıq rəmzinə çevrilib”.

Nümayişdə iştirak edən Firudin bildirib ki, onun bu etiraz aksiyasına qoşulmasına səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir. O deyib: “Biz öz torpağımızı qaytarmaq istəyirik ki, qaçqınlar evlərinə qayıda bilsinlər. Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik yeddi rayonu işğal edildiyinə görə ölkədə orta hesabla hər yeddi vətəndaşdan biri qaçqın və ya məcburi köçkündür. Bu səbəbdən insanların çoxu evsiz qalıb. Ən pisi budur ki, ermənilər daha çox torpaq ələ keçirmək istəyirlər. Onlar Qara dənizdən Xəzər dənizinə qədər bütün ərazini tutmaq istəyirlər”.

Mari Ryanoroski adlı nümayişçi Firudinin sözlərinə qüvvət verərək deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı aktı törədib. Bu qanlı qətliamda 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib, 1275 qoca, qadın və uşaq işgəncə və təhqirlərə məruz qalıb. Xocalının dinc sakinlərinin məhv edilməsinin yalnız bir səbəbi vardı – onlar hamısı azərbaycanlılar idi. Günahsız uşaqlara, qadınlara və qocalara qarşı bu vəhşi amansızlığı izah etmək mümkün deyil. Bu, XX əsrin sonlarında təkcə bir nəslin faciəsi deyil, bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən biridir. Lakin təəssüf ki, bu yaxınlarda baş vermiş hadisələr problemin hələ də mövcud olduğunu göstərdi. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Biz istəyirik ki, beynəlxalq birlik zəruri tədbirlər görsün və Azərbaycan üçün ədalət zəfər çalsın”.

Məqalənin müəllifi qeyd edir ki, nümayişçilər belə şüarlar səsləndirirdilər: “Qarabağa qarşı erməni təcavüzünü dayandırın”, “Erməni işğalına son qoyun”, “Qarabağ Azərbaycanın tarixi ərazisidir”, “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir”, “İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmət edir”.

Onların əllərində tutduğu plakatlarda bu sözlər yazılmışdı: “Nasist antisemit general Qaregin Njde Holokost qurbanlarının xatirəsinə ləkədir”, “erməni işğalını dayandırın: Xocalı uşaqlarını yad edin”, “Azərbaycana qarşı erməni terrorizmini dayandırın”, “İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmət edir”, “Mən Azərbaycandanam və mənim ölkəmin 20 faizi Ermənistan tərəfindən işğal edilib”, “Xocalıya ədalət!”

Siyasi ekspert eksklüziv müsahibəsində vurğulayıb ki, Azərbaycan-Ermənistan sərhədi boyunca bu yaxınlarda baş vermiş hərbi toqquşmalar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik 7 rayonundan 300 kilometr məsafədə törədilib.

Arye Qut deyib: “Ermənistanın əvvəlki hakim rejimləri iki ölkənin sərhədində provokasiyalardan çəkinməyə çalışdıqları halda indiki rejim tamam başqa istiqamətdə gedir. Rəsmi Yerevan nəyə görə hərbi avantüranı və provokasiyanı işğal edilmiş Dağlıq Qarabağ regionunda deyil, dövlət sərhədinə başlamağı qərara alıb?

Hərbi əməliyyatlar meydanının Qarabağda təmas xəttindən dövlət sərhədinə keçirilməsini bir neçə amil ilə izah etmək olar. Birincisi, bir il bundan əvvəl Azərbaycan hökuməti Ermənistanla dövlət sərhədinə nəzarət funksiyasının Müdafiə Nazirliyindən Dövlət Sərhəd Xidmətinə verilməsi barədə qərar qəbul edib. Bu qərar Ermənistanda isterikaya səbəb olub. Orada istəyirdilər ki, sərhəd döyüş əməliyyatları zonası statusunu saxlasın. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə xəlvətcə soxulmalarına imkan verərdi.

İkincisi, Ermənistanın məqsədi özünün üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək idi ki, Azərbaycanın işğal edilməsinə və qarşı təcavüzə görə məsuliyyətdən yaxa qurtarsın.

Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş provokasiya bir daha sübut edir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasında maraqlı deyil.

Qutun fikrincə, Ermənistan rəhbərliyi bu hərəkəti ilə Ermənistanda COVID-19-un geniş yayılması ilə əlaqədar gərginləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti mürəkkəbləşdirməyə çalışır.

Arye Qut deyib: “Ermənistanda COVID-19 pandemiyası ilə bərabər elektrik enerjisi verilişində fasilələr, dərin iqtisadi böhran, işsizlik göstəricisinin 30 faiz, yoxsulluq göstəricisinin 50 faiz həddində olması kimi çoxlu daxili iqtisadi problemlər də mövcuddur. Başqa sözlə desək, Ermənistanın indiki baş naziri Azərbaycanla sərhəddə hərbi əməliyyatlara provokasiya etməklə öz xalqının diqqətini daxili problemlərdən yayındıraraq öz hakimiyyətini qoruyub saxlamağa çalışır, halbuki bu daxili problemlərin bəziləri koronavirus pandemiyası səbəbindən əhəmiyyətli dərəcədə kəskinləşib”.

Arye Qut qeyd edib ki, İsraildə yaşayan Azərbaycan Yəhudilər icması bu səbəblər üzündən koronavirus pandemiyası ilə bağlı təhlükəyə baxmayaraq Təl-Əvivdə etiraz nümayişi keçirməyi qərara alıb. Arye Qut deyib: “Biz, Azərbaycandan olan yəhudilər Ermənistanın provokasiyalarına qarşı etirazımızı və Azərbaycanı dəstəklədiyimizi bildiririk. Bu nümayiş ABŞ-da və Yer kürəsinin başqa hissələrində keçirilən nümayişlərdən fərqlənir. Əgər polis olmasaydı ermənilər Los-Ancelesdə və başqa yerlərdə olduğu kimi bizə hücum edərdilər. Mən polisi dəvət etdim ki, ermənilər təxribat törədə bilməsinlər”.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Hamısı