"Biz Azərbaycanın mövqeyini dəstəkləyirik" - Pakistan XİN | Eurasia Diary - ednews.net

29 Oktyabr, Cümə axşamı


"Biz Azərbaycanın mövqeyini dəstəkləyirik" - Pakistan XİN

Siyasət A- A A+

Pakistan Dağlıq Qarabağ bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahatdır.

Eurasia Diary APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Ermənistan qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutulması qınanılır. Bu, bütün bölgənin sabitliyini və təhlükəsizliyini poza bilər. Vəziyyətin daha da gərginləşməməsi üçün Ermənistan hərbi əməliyyatı dayandırmalıdır.

Pakistan qardaş Azərbaycan xalqının yanındadır və Azərbaycanın özünümüdafiə hüququnu dəstəkləyir. Biz Azərbaycanın mövqeyini dəstəkləyirik, bu mövqe BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş qətnamələrinə tamamilə uyğundur", - deyə Pakistan XİN-in bəyanatında vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...