Türkmənistan Prezidenti: - “Biz Azərbaycanla birlikdə böyük, mühüm və çox perspektivli bir layihəyə başlayırıq” | Eurasia Diary - ednews.net

2 Mart, Çərşənbə axşamı


Türkmənistan Prezidenti: - “Biz Azərbaycanla birlikdə böyük, mühüm və çox perspektivli bir layihəyə başlayırıq”

Siyasət A- A A+

“Nəqliyyat sferası da bizim tərəfdaşlığımızın mühüm sahəsidir. Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində fəal iş aparır”.

Eurasia Diary-nin məlumatına görə, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüşündə deyib.

Q. Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan və Azərbaycan həm də Xəzər dənizi-Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarlarından biridir: “Hörmətli İlham Heydər oğlu, biz birlikdə böyük, mühüm və çox perspektivli bir layihəyə başlayırıq. Əminəm ki, “Dostluq” yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq. Bu tarixi sənədi dəstəklədiyinizə, xalqlarımız və dövlətlərimiz arasında dostluğun, qardaşlığın və əməkdaşlığın inkişafı və möhkəmlənməsi işinə böyük diqqətinizə və şəxsi töhfənizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Sizi bugünkü əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, dövləti və siyasi fəaliyyətinizdə yeni uğurlar arzu edirəm. Həmçinin bütün Azərbaycan xalqına sülh, firavanlıq və rifah arzularımı çatdırmağınızı Sizdən xahiş edirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...