Ermənistan hakimiyyəti xalqı aldadır - Rüstəm Muradov | Eurasia Diary - ednews.net

15 May, Şənbə


Ermənistan hakimiyyəti xalqı aldadır - Rüstəm Muradov

Siyasət A- A A+

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov aprelin 8-də Bakıda İrəvana erməni əsirlərin gətirilməsinin gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırıb.

Eurasia Diary-nin məlumatına görə, Ermənistanın "Hraparak.am" saytının əməkdaşı İrəvanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin nə üçün qaytarılmadığı barədə sual verib.

Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Rüstəm Muradov “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi”, - deyə general-leytenant Bakı və İrəvana səfəri barədə söyləyib.

Qeyd edək ki, dünən Ermənistanın hakimiyyət nümayəndələri Bakıdan Ermənistana erməni hərbi əsirlərindən ibarət növbəti qrupun təyyarə ilə yola düşüyü barədə məlumat yayıb. Yaxınlarının itkin, yaxud əsir düşüyünü güman edən şəxslər təyyarəni qarşılamaq üçün aeroporta gəlsələr də, məlum olub ki, təyyarədə hərbi əsirlər yoxdur. Bakıdan gələn təyyarədə yalnız Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun olduğu açıqlanıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...