Türkiyəli səfirdən Ermənistan Prezidentinə "Ağrı dağ" cavabı - FOTO | Eurasia Diary - ednews.net

14 May, Cümə


Türkiyəli səfirdən Ermənistan Prezidentinə "Ağrı dağ" cavabı - FOTO

Siyasət A- A A+

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisi səfəri zamanı təxribatına cavab verib.

Eurasia Diary xəbər verir ki, Yazqan Tvitter hesabında Ağrı dağı haqqında məlumatı paylaşaraq gürcü və erməni dilində “Ağrı Türkiyədə ən hündür dağdır. Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir” yazıb.

Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında qeydləri ilə yanaşı Ağrı dağının konturlarını çəkib.

Gürcüstan prezidenti Salome Zurabişvili həmin səhifənin fotosunu “Facebook” hesabında paylaşdıqdan sonra Ermənistan prezidentinin təxribata əl atdığı məlum olub.



 

qafqazinfo

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...